Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Azərbaycan aliminin uğuru

04/10/2015

Azərbaycan alimlərinin apardığı tədqiqatlar, aldıqları yeni nəticələr beynəlxalq elmi mühit tərəfindən  getdikcə daha ciddi şəkildə qəbul edilməkdədir.

Bu günlərdə aldığımız bir xəbər bunu bir daha sübut edir.  Ukrayna Milli Elmlər  Akademiyasından aldığımız xəbərdə deyilir ki, Rabitə və Yüksək Texnologiyalar Naziri, akademik Əli Abbasov Ukrayna Millli Elmlər Akademiyasının Qluşkov adına Kibernetika İnstitutunda dərc olunan "Управляющие системы и машины" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

Əsası 1972-ci ildə tanınmış alim, akademik V.M. Qluşkov tərəfindən qoyulmuş  "Управляющие системы и машины" beynəlxalq elmi jurnalı informatika, informasiya texnologiyaları və iqtisadi riyazi modelləşdirmə sahəsində yüksək elmi səviyəyə malik nəzəri və tətbiqi aspektlərlə bağlı orijinal elmi araşdırmaları əhatə edir və bu sahədə dünyanın tanınmış nəşrlərindən sayılır.

Umid edirik ki, "Управляющие системы и машины" jurnalı ilə RYTN, AMEA və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun birgə təsisçiliyi ilə yaradılmış "Applied and Computational Mathematics" beynəlxalq jurnalı  arasında  əməkdaşlıq əlaqələrinin yaranması beyəlxalq aləmdə hər iki jurnalın reytinqinin yüksəlməsində müəyyən mənada mühüm rol oynayacaq.