Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Aslan Paşa oğlu Quliyev

27/02/2017

A.P. Quliyev  1964-cü ildə Qərbi Azərbaycanın  Qafan rayonunda anadan olmuşdur. Həmin rayonda orta təhsilini başa vurduqdan sonra,  1984-cü ildə Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat və Kibernetika” fakültəsinə daxil olmuşdur. Bu fakültəni müvəffəqiyyətlə bitirdikdən sonra, 1989-1992-ci illərdə NORD Elm İstehsalat Birliyində  mühəndis-proqramçı kimi çalışmışdır. Daha sonra o, 1992-1993-cü illərdə AMEA-nın İnformasiya Texnologiyaları  İnstitutunda aparıcı mühəndis-proqramçı işləmişdir. 1993-1995-ci illərdə isə Ali Hərbi Dəniz məktəbində müəllim vəzifəsində işləmişdir. A.P. Quliyev 1995-ci ildən Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda elmi işçidən şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. A.P. Quliyev 2002-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İnstitutun nəzdində yaradılmış FD.02.017 Dissertasiya Şurasının elmi seminarının üzvü idi. İşlədiyi müddətdə özünü bacarıqlı işçi kimi göstərmiş, kollektivin hörmətini qazanmışdır.

A.P. Quliyev respublikada və xaricdə “Optimallaşdırma və idarəetmə nəzəriyyəsi” sahəsi ilə məşğul olan alim kimi tanınmışdır. Bir neçə böyük qrant layihəsinin iştirakçısı olmuşdur.

Onun 5-i  impakt faktorlu jurnallarda olmaqla 60-dan artıq elmi məqaləsi çapdan çıxmışdır. Bir sıra konfranslarda məruzələr ilə çıxış etmişdir.

A.P. Quliyevin əziz xatirəsi iş yoldaşlarının və onu istəyənlərin xatirində həmişə qalacaqdır.

Allah rəhmət eləsin!