Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Applied and Computational Mathematics jurnalının əməkdaşları Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunmuşlar

04/12/2017

Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat ETİ-də dərc olunan “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalının baş redaktor müavini Nərgiz Səfərovanı, icraçı redaktor Nazilə Hacıyevanı, redaktor assistentləri Nərgiz Hüseynova və Yeganə Məmmədovanı təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Fəxri Fərmanla təltif etmişdir. BDU-nun rektoru, akademik A.M. Məhərrəmov nazirliyin Fəxri Fərmanlarını institutun əməkdaşlarına təqdim edərək, bu münasibətlə onları təbrik etdi. Daha sonra Abel müəllim qeyd etdi ki, ACM jurnalı BDU-nun reytinqinin beynalxalq aləmdə yüksəlməsində çox böyük rol oynayır. O, institutun direktoru, ACM jurnalının həmbaş redaktoru, akademik Fikrət Əliyevi təbrik etdi və bu uğurun əldə olunmasında onun xüsusi rolunu qeyd etdi. F.Ə. Əliyev də təhsil naziri M.Ç. Cabbarova və akademik A.M. Məhərrəmova redaksiya heyəti adından öz minnətdarlığını bildirdi və rektora bu işlərin görülməsində yaratdığı şəraitə görə təşəkkür etdi.