Applied and Computational Mathematics jurnalının xüsusi buraxılışı
03/02/2011Buraxılışın çapa hazırlanması prosesində iştirak etmək üçün qeyri-səlis nəzəriyyə sahəsində tanınmış mütəxəssislər Mo Jamşidi (İllinois, ABŞ), Hamid Berenji (Kaliforniya, ABŞ), Şahnaz Şahbazova (Bakı, Azərbaycan) Guest Editor kimi dəvət olunmuşlar. Bu buraxılışa məqalə təqdim etmək üçün dünyada tanınmış alimlərə müraciət olunmuşdur. Ciddi rəy prosesindən sonra təqdim olunmuş 27 məqalədən 14-ü çapa qəbul olunmuşdur. Xüsusi buraxılış professor L. Zadənin öz həyat və yaradıcılığına həsr etdiyi “Mənim həyatım və yaradıcılığım – retrospektiv baxış” adlı məqaləsi ilə başlayır. Buraxılışda D.Dubois, E.E.Kerre, J.M. Mendel, Y.Hata, S.V. Ulyanov və s. kimi məhşur alimlərin məqalələri işıq üzü gormüşdür.