Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Applied and Computational Mathematics

01/11/2017

Azərbaycan Respublikası Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BDU-nun Tətbiqi-Riyaziyyat ETİ və Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” jurnalının növbəti 16-ci cildinin 3-cü sayı çapdan cıxmışdır. Jurnalın bu sayında dünyanın tanınmış alimlərindən M. Z. Hussain,  Rahmat Ali Khan   (Pakistan),  Y. Yayli (Türkiyə),  R. Pourgholi (Iran), F.-W. Fu (ÇXR) və başqalarının müasir nəzəri və tətbiqi riyaziyyatın aktual məsələlərinin həllinə həsr olunmuş məqalələri dərc olunmuşdur.  Qeyd edək ki, bu məqalələr   kodlaşdırma nəzəriyyəsinin, operator differensial tənliklərin, sərhəd məsələsi,  Tzou tərs məsələsi, qabarıq interpolyasiya verilənləri üçün formanın saxlanması məsələsinin həll metodları və s. kimi sahələri əhatə edir.