Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda olmuşdur

28/02/2018

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, t.f.d. Leyla İmanova və direktor müavini Ruzi Məmmədov Tətbiqi Riyaziyyat ETİ-də nəşr olunan “Applied and Computational Mathematics”, “Turkic World Mathematical Soceity journal of Pure and Applied Mathematics” və  “Proceedings of the Institute of Applied Mathematics” jurnallarının əməkdaşları ilə görüşdülər. Görüşdə Institutun direktoru, akademik Fikrət Əliyev nəşr olunan jurnalların nailiyyətləri və gələcək planları haqqında ətraflı məlumat verdi. Danışıqlar əsasında tərəflər birgə əməkdaşlıq üçün razılığa gəldilər.