Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

16/01/2019

Yanvarın 16-da Fizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd etdi ki, əsas məsələ FRTE bölməsinin 2018-ci il üçün yekun hesabatıdır.

"Ötən il AMEA-nın institutları və müxtəlif elmi-tədqiqat müəssisələri üçün bir sıra nailiyyətlərlə yadda qalıb" - deyə bildirən A. Əlizadə akademiyanın müxtəlif institutlarında fundamental elm istiqamətində tətbiqi tədqiqatların aparıldığını, innovasiya elminin inkişafında mühüm nəticələrin əldə olunduğunu bildirib. (bax Science. az)

Sonra 2018-ci il üçün mühüm nəticələr  Rəyasət Heyətində müəlliflər tərəfindən təqdim olundu. BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun mühüm nəticəsini “Sabit matris əmsalı kəsr törəməli adi xətti diferensial  tənliklər sisteminin analitik həllinin qurulması üsulu”   akademik Fikrət Əliyev təqdim etdi. O, bildirdi ki, bu nəticələr  dünyada tanınmış uyğun elmi jurnallarda hissə-hissə çap olunub, beynəlxalq konfranslarda  məruzə olunub. Həmçinin O, qeyd etdi ki, MEA Azərbaycanda elmin baş təşkilatı olduğundan hər bir təhsil müəssiəsinin uyğun qurumlarının  da AMEA-da hesabat verməsi məqsədəuyğun və vacibdir. Sonra O, bildirdi ki, FRTE bölməsində 2018-ci ildə  Təhsil müəssisələrindən çox az elmi qurum hesabat verdi.

Akademik Akif Əlizadə növbəti koordinasiya şurasının içlasında bu məsələlərin müzakirə ediləcəyini və tədbir görüləcəyini vurğuladı.

Sonda FRTE bölməsinin akademik katibi, akademik Nazim Məmmədov geniş elmi təşkilatı hesabat verdi. Hesabat qənaətbəxş qəbul edildi.