Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclası keçirilib

26/12/2018

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclası keçirilib.

Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun cari il üzrə hesabatını qurumun direktoru, akademik Fikrət Əliyev təqdim edib.

F.Əliyev bildirib ki, hesabat dövründə əməkdaşlar tərəfindən respublikada 13, xarici jurnallarda 49 məqalə (bunlardan 7-si İmpakt Faktorlu jurnalda, 8-si isə CA agentliyinin genishləndirilmiş siyahısında), regional (respublika) konfransda 2, beynəıxalq (xarici) konfransda isə 9 tezis nəşr etdirilmiş, 1 beynəlxalq qrant, 3 respublika daxili qrant, 2 BDU-nun “50+50” daxili qrant  layihələri, “Azneft”  İstehsalat Birliyi ilə  1 müqavilə  yerinə yetirilmişdir. Bundan başqa İnstitutdan  AMEA-nın mühüm nəticələrinə 1 iş təqdim olunmuş, AMEA-nın illik hesabatına 1 iş daxil olmuşdur. Hesabat ilində TR ETİ-nun topladığı bal 4496-dır.

İnstitut əməkdaşları bir sıra beynəlxalq konfranslarda iştirak etmiş və plenar məruzələrlə çıxış etmişlər. Eyni zamanda institut əməkdaşları müxtəlif beynəlxalq və yerli jurnalların redaksiya heyətində çalışır, beynəlxalq konfransların təşkilat komitəsinin üzvü olmuş,  institutun elmi şurasında fəaliyyət göstərirlər. Bundan əlavə institutumuzun əməkdaşları beynəlxalq konfranslarda iştirak etmək üçün fərdi qrant aldıqlarını vurğulayıb.

Sonra F.Əliyev bildirib ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və İnstitutun təşkilatçılığı ilə “Control and Optimization with Industrial Applications” 6-cı beynəlxalq konfransı 11-13 iyul 2018-ci il tarixində Bakı Dövlət Universitetində yüksək səviyyədə keçirilmişdir. Konfransın saytında 600-dək alim qeydiyyatdan keçmişdir. Konfransda dünyanın 30 ölkəsindən 200-dən artıq alim iştirak etmiş, nəzəri və tətbiqi riyaziyyatin müxtılif sahələri üzrə 6 bölümdə 8 dəvətli məruzə daxil 250-dək məruzə dinlənilmişdir.

F.Əliyev  həmçinin  İnstitutda dərc olunan İmpakt faktoru 2.365 olan “Applied and Computational Mathematics” (ACM) beynəlxalq  jurnalınin 3 nömrəsi,  Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “TWMS Journal of Pure and Applied Mathematics”  beynəlxalq  jurnalınin (TR agentliyinin Emerging Sources Citation Index” bazasında yer alıb)  2 nömrəsi  və  Institutun «Proceedings of Institute of Applied Mathematics» adlı dövrü elmi jurnalının 2 nömrəsi  çap olunub. ACM jurnalı ən yüksək keyfiyyət göstəricisi sayılan Q1 siyahısına daxil olmaq nominasiyası üzrə “Web of Science Awards 2018” mükafatına  layiq görülüb. ACM jurnalı MDB məkanında 1-ci, Avropada 4-cü yeri, dünyada isə 19-cu yerdə olduğunu diqqətə çatdırıb.

F.Əliyevin çıxışından sonra AMEA-nın İnformasiya Texnologiyalar İnstitutunun direktoru, AMEA-nın akademik katibi, akademik  Rasim Əliquliyev institutun illik hesabatını müsbət qiymətləndirərək qeyd etdi ki, institutda nəşr olunan  “ Applied and Computational Mathamatics” və “TWMS Journal  Pure and Applied Mathematics ” jurnalları Azərbaycan elminin dünya elminə inteqrasiyasında böyük rol oynayır. Həmçinin institutun təşkilatçılığı ilə keçirilən konfransların masştabının çox böyük olduğunu və dünyanın tanınmış alimlərinin bu konfranslarda iştirakını bildirdi.

Həmçinin akademik R. Əliquliyev qeyd etdi ki, bu institutun böyük təcrübəsi var və AMEA-nın institutları ilə sıx elmi əməkdaşlıq əlaqələri saxlayır.