Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2010-cu il üçün hesabat iclası keçirildi

29/12/2010

Tədbirdə Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat elmi-tədqiqat institutunun illik hesabatını təqdim edən institutun direktoru, akademik Fikrət Əliyev çıxış edərək cari ildə həyata keçirilən əsas elmi istiqamətlər, ümumrespublika və beynəlxalq tədbirlərdə iştirak, dünyanın nüfuzlu elmi nəşrlərində dərc olunan məqalələr, institutda dərc olunan jurnallar haqqında məlumat verdi.

çıxış edərək cari ildə həyata keçirilən əsas elmi istiqamətlər, ümumrespublika və beynəlxalq tədbirlərdə iştirak, dünyanın nüfuzlu elmi nəşrlərində dərc olunan məqalələr, institutda dərc olunan jurnallar haqqında məlumat verdi.

İnstitutda il ərzində 38 əməkdaşın (onlardan 31 nəfəri elmi işçidir) çalışdığını söyləyən Fikrət Əliyev hesabat ilində göstərilən istiqamətlərdə 6 şöbənin fəaliyyət göstərdiyini   qeyd etdi. Hesabat ilində 1 problem üzrə 2 mövzuya uyğun 31 iş yerinə yetirildiyini söyləyən alim institutda 1 doktorluq, 1 namizədlik (fəlsəfə doktoru) dissertasiya işinin müdafiə olunduğunu və institut əməkdaşları tərəfindən 73  məqalənin (onlardan 29-u xaricdə) dərc olunduğunu nəzərə çatdırdı.

Azərbaycan Elminin Təbliğindəki xidmətlərinə  görə Rabitə və İnformasiya Nazirliyinin təqdimatı və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi “ medalı ilə F.Ə.Əliyev təltif olunub; F.Ə.Əliyev həmçinin Rumıniya Riyaziyyat Cəmiyyətinin 100 illiyinə həsr olunmuş xatirə medalı ilə təltif olunub

AzNeft İstehsalat Birliyi ilə bir müqavilənin və 6 qrant layihəsi yerinə yetirilir.

Azərbaycan Elminin Təbliğindəki müstəsna xidmətlərinə görə Apərbaycan Respublikası Rabitə və İnformasiya Nazirliyinin  Fəxri Fərmanı ilə Y.S.Qasımov və N.Ə.Səfərova təltif olunmuşlar.

Müzakirələrdən sonra institutun hesabatı qəbul olundu.