Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Akademik Fikrət Əliyev Qazaxıstanda Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti ilə bağlı çıxış edib

29/10/2015

Oktyabrın 28-də Almatı şəhərində (Qazaxıstan) Thomson Reuters Agentliyi tərəfindən “Biliklərə əsaslanan iqtisadiyyat və elmdə innovasiyalar”  mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev “Elmi jurnalların beynəlxalq səviyyəyə çatdırılması” mövzusunda məruzə ilə çıxış edib.

Məlumdur ki, Azərbaycanda dərc olunan 3 elmi jurnal Thomson Reuters Agentliyinin siyahısında yer alır. F.Əliyev məruzəsində Azərbaycan alimlərinin bu sahədə qazandığı  təcrübə və əldə etdiyi nailiyyətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Thomson Reuters Agentliyinin səlahiyyətli nümayəndələri bu təcrübənin regionda geniş istifadə olunmasını tövsiyə ediblər.