Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Akademik Fikrət Əliyev “Nonlinear Oscillations” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib

17/10/2013

1998-ci ildən təsis olunan jurnal Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda nəşr edilir, ingilis versiyası Springer Verlag nəşriyyatında buraxılır.

Jurnalın impakt-faktoru 0.158-ə bərabərdir.

“Nonlinear Oscillations” beynəlxalq jurnalı həllərin rəqsi davranışını nəzərə alan differensial və funksional-differensial tənliklərin keyfiyyət nəzəriyyəsi sahəsində elmi araşdırmaları əhatə edir.