Home AZ EN RU
BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Akademik Fikrət Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində məruzə ilə çıxış edib

29/01/2020

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev “Azərbaycanda elmi jurnalların inkişaf dinamikasının problemləri” məruzəsi ilə cıxış etmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinə dəvət olunmuşdur.

Tədbirdə çıxış edən Elm və texnika işləri üzrə prorektor, professor Arif Şərifov  iştirakçıları salamlayıb və qeyd edib ki,  dünyada elmi-tədqiqatların ən əhəmiyyətli nəticələrinin əsasən “Web of Science” və “Scopus” bazasında indekslənən jurnallarda nəşr olduğu artıq  elm ictimaiyyəti tərəfindən qəbul edilir. Sonra o, F.Əliyevə birgə əmkdaşlıq etməyə razılıq verdiyinə görə minnətdarlığını bildirdi. F.Əlieyev çıxış edərək  bildirib ki,  2019-cu ildə artıq ikinci dəfədir ki, “Web of Science” bazasında indekslənən elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir. Əsası 2002-ci ildə qoyulmuş, Thomson Reuters Agentliyinin siyahısına salınmış və İmpakt Faktor almış ilk “Azərbaycan elmi jurnalı olan Journal of Applied and Compatational Mathematics”  ölkəmizi beynəlxalq elmi dairələrdə layiqincə təmsil edir.   Müzakirələrdə “Applied and Computational Mathematics” beynəlxalq jurnalının baş redaktorunun müavini Nərgiz Səfərova və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Nəzəri və tətbiqi riyaziyyat” jurnalının aparıcı redaktoru Qəmər Məmmədova iştirak etmişlər.

Çıxışdan sonra F.Əliyev ona ünvanlanan sualları cavablandırdı.