Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Akademik Fikrət Əliyev AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda məruzə ilə çıxış etmişdir

25/02/2019

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” məruzə ilə cıxış etdi. O, Azərbaycanda elmi jurnalların “Clarivate Analytics”–in genişlənmiş siyahısına daxil olması yollarından danışdı.
O, qeyd etdi ki, baxmayaraq ki, riyaziyyat, kimya, neft tədqiqatları sahəsində “Clarivate Analytics”-in siyahısına daxil olan jurnallar var, lakin humanitar, sosial və siyasi elmlər sahəsində cəmi bir jurnal bu sistemə daxildir.               
Tədbirdə institutun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və institutun əməkdaşları iştirak edirdilər. Çıxışın sonunda F.Əliyev ona ünvanlanan  sualları cavablandırdı.