Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Akademik Fikrət Əliyev AMEA-da məruzə ilə çıxış etmişdir

04/04/2019

 

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev AMEA-da “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” məruzə ilə cıxış etdi. O, Azərbaycanda elmi jurnallarının “Clarivate Analytics”–in genişlənmiş siyahısına daxil olmasının yollarından danışdı.

O, bildirdi  ki, Azərbaycanda riyaziyyat, kimya, neft tədqiqatları sahəsində “Clarivate Analytics”-in siyahısına daxil olan jurnallar var, amma  humanitar, sosial və siyasi elmlər sahəsində cəmi bir jurnal –“Khazar Journal of Humanities and Social Sciences”  bu siyahıya daxildir.

Sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasını sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov cıxış edərək bildirdi ki, gələcəkdə jurnallarımızın “Clarivate Analytics”-in siyahısına daxil olması və dünya elminə inteqrasiyası üçün bu təcrübədən geniş yararlanmalıyıq.

Çıxışın sonunda F. Əliyev ona ünvanlanan  bu və digər mövzular haqqında sualları cavablandırdı.