Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

akademik Fikrət Əliyev AMMODİT Beynəlxalq Konfransında iştirak etmək üçün Ukraynada ezamiyyətdə olmuşdur

01/04/2019

BDU Tətbiqi Riyaziyyat ET İnstitutunun direktoru, akademik Fikrət Əliyev mart ayının 18-də Ukrayna EA Riyaziyyat İnstitutunda AMMODİT (Approximation Methods for Molecular Modelling and Diagnosis Tools) konfransının açılışı olub. Bir çox Avropa ölkələrindən (Almaniya, Çexeya, Belarusiya və s.) 55 nəfər tanınmış alim konfransın işində iştirak edirdi. Fikrət Əliyev diskusyada İnstitutda aparılan uyğun tədqiqat işləri haqda 20 dəqiqəlik məruzə ilə  çıxış etmişdir. Uyğun nəticələr haqda Almaniyalı  alim prof. C. Trunk ilə iş birliyi qurmaq üçün  müzakirələr aparmışdır.

AMMODİT 2017-2019-ci il üçün Avropa Şurası tərəfindən maliyyələşən qrant lahiyəsidir və 2019-cu ildə sona çatır. Bu lahiyənin davamı olan SOMPATY (Spectral Optimization: From Mathematics to Physics and Advanced Texnology) lahiyəsi 2020-2023-cü illərdə yenidən Avropa Şurası  tərəfindən maliyyələşəcək. Bu lahiyədə BDU-nun Tətbiqi Riyaziyyat ET İnstitutu və Mexanika Riyaziyyat fakultəsi iştirak edir. Lahiyədə Almaniya, Çexiya, Ukrayna, Azərbaycan birgə çalışacaqlar. Martın 21 də professor C. Trunkun rəhbərliyi ilə SOMPATY lahiyəsi üzvlərinin birgə iclası  keçirildi. Orada lahiyənin şərtləri, Azərbaycan tərəfinin öhdəlikləri, lahiyə tərəfindən Azərbaycan alimlərinə olacaq maliyə dəstəkləri ətraflı müzakirə olundu. BDU-nun CA siyahısında olan ACM və TWMS JP&AM jurnallarında hər lahiyə ilinin sonunda xüsusi buraxılışlar olacağı  qərara alındı. Konfrans martın 22-də sona çatdı.