Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Azərbaycan alimləri Qazaxıstanda

14/12/2012

İnstitutun direktoru Akademik Fikrət Əliyev f.r.e.n., şöbə müdiri Nəvazi  İsmayılov 30 noyabr-9 dekabr tarixlərində Qazaxıstanın Oskemen (Ust-Kamenoqorsk) şəhərində olmuşlar. Serikbayev adına Şərqi-Qazaxıstan Dövlət Texniki Universitetinə dəvət olunmuş Fikrət Əliyev və Nəvazi İsmayılov Universitetin tələbələrinə «Xətti sistemlərin optimizasiyası, analitik metodlar, hesablama alqoritmləri” və “Tətbiqi qeyri-xətti proqramlaşdırma”  mövzusunda  məruzələr etmişlər. F. Əliyev Universitetin "İnformasiya texnologiyaları və energetika" fakultəsinin professor və müəllim heyətinin xahişi ilə “Thomson Reuters və elmdə inkişaf problemləri” mövzusunda  məruzə etdi. Universitetin rektoru Prof. Nurlan Temirbekovla görüşdə  Universitetin fəaliyyəti, tarixi, elmi-tədqiqat işlərinin səviyyəsi və yeni nailiyyətləri barədə geniş söhbət aparıldı.

Daha sonra qonaqlar Tarbagatay Munay LLP Neft  şirkətində olmuşlar. Şirkətin əməkdaşları və direktoru  Hans Barakmanla görüşdə neft sənayesində istifadə olunan və oluna biləcək modellər haqda geniş müzakirələr oldu. Yekunda birgə tədqiqat işləri aparmaq üçün  razılıq əldə olundu. 8 dekabr tarixində Fikrət Əliyev Qazaxıstan Riyaziyyat Cəmiyyətinin İdarə heyətinin iclasında iştirak etmək üçün Almatı şəhərinə dəvət olunmuşdur. Qazaxıstanın Elm və Təhsil Naziri Akademik  B. Jumaqulov  Cəmiyyətin  sədri seçildi. İclasda Akademik Fikrət Əliyev çıxış edərək Türk Dünyası Riyaziyyat Cəmiyyəti, Türk Dünyası Riyaziyyatçıları Fondu ilə Qazaxıstan Riyaziyyat Cəmiyyəti arasında yaxın əməkdaşlıq və cələcəkdə nəzərdə tutulan bir sıra yeniliklər barədə danışdı.