Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

ƏZİZOV FUAD CAVANŞİR oğlu

1208.01 – "Ehtimal nəzəriyyəsi"

“Markov zəncirinin trayektoriyaları ilə təsvir olunan təsadüfi dolaşmalar üçün bəzi qeyri-xətti sərhəd məsələlərinin tədqiqi”

İş AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda yerinə yetirilmişdir.

Elmi rəhbər – fizika-riyaziyyat elmləri doktoru, azərbaycanlı, BDU-nun “Ehtimal nəzəriyyəsi” kafedrasının professoru Fəda Həndan oğlu Rəhimov.

Rəsmi opponentlər:

  • fizika riyaziyyat elmlər doktoru, azərbaycanlı, AMEA Kibernetika İnstitutunun 20 saylı “İdarəetmənin ehtimal üsulları” laboratoriyasının rəhbəri, f.-r.e.d., professor T.H.Nəsirova;
  • fizika riyaziyyat elmlər doktoru, azərbaycanlı, ADPU Riyaziyyat fakultəsinin dosenti, f.-r.e.n. K.M.Cəfərov:

Aparıcı təşkilat – Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrası.

Dissertasiyanın avtoreferatına aşağıdakı təşkilatlardan müsbət rəylər daxil olmuşdur:

AMEA-nın Kibernetika İnstitutunun 3 saylı “İdarə olunan kütləvi xidmət sistemləri” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, f.r.e.d, professor Asəf Hacı oğlu Hacıyev.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakultəsinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının dosenti, f.r.e.n. Valeh Hacıyev.

AMEA Kibernetika İnstitunun “İdarə olunan kütləvi xidmət sistemləri” laboratoriyasının böyük elmi işçisi, r.ü.f.d. Hilalə Cəfərova.

AMEA Riyaziyyat və Mexanika İnstitunun “Funksional analiz” şöbəsinin böyük elmi işçisi, r.ü.f.d. İradə İbadova.