Home AZ EN RU
BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Vagif Quliyev

Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini

İş telefonu:+ (994) 12 439 15 95       

e-mail: vagif@guliyev.com

QISA BİOQRAFİK MƏLUMAT

1957-ci il fevral ayının 22-də Salyan şəhərində anadan olmuşdur.

1973-1978-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

2014-cü il 30 iyun AMEA-nın müxbir üzvü seçilmişdir.

Ailəlidir, üç övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1973-1978 tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU

1981-1983 aspirant, Mexanika-riyaziyyat fakültəsi, BDU

1983 - f.-r.e.n., "Anizotrop sinqulyar inteqral operatorların tədqiqi", BDU

1994 - f.-r.e.d., "Bircins qruplarda və R oblastında təyin olunmuş funksiyalar fəzalarında inteqral operatorlar", V.A. Steklov adına Riyaziyyat İnstitutu

ƏMƏK FƏALİYYƏTİ

1983–1995-ci illərdə BDU-nun "Riyazi analiz" kafedrasında asistant, baş müəllim, dosent;

1995-ci ildən 2019-cu ilə kimi professor;

1995-2008-ci illərdə AMEA RMİ-də əvəzçilik ilə işləmişdir;

2008-ci ildən 2014-cü ilə kimi AMEA RMİ-nin "Riyazi analiz" şöbəsinin baş elmi işçisi vəzifəsində;

2014-cü ildən hal-hazıra kimi AMEA RMİ-nin "Riyazi analiz" şöbəsinin müdürü vəzifəsində;

2015-cü ildən 2019-cu ilədək AMEA RMİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsində;

2019-cü ildən indiyə kimi BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin baş elmi işçisi vəzifəsində;

2021-cü il mayından BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

2014-cü ildən indiyə kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür;

300-ə yaxın elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir;

20 elmlər namizədi və 4 elmlər doktoru yetişdirmişdir.

TƏDQIQAT SAHƏSI

Bircins tipli fəzalarda və bircins Li qruplarında təyin olunmuş harmonik analizin inteqral operatorlarının yeni funksional fəzalarda tədqiqi

Lokal və qlobal Morri tipli fəzalarda Harmonik analizin müasir problemlərinin tədqiqi

İkiçəkili bərabərsizliklər

Çoxdəyişənli diferensiallanan funksiyalar fəzaları üçün daxilolma teoremləri

Karnot qruplarında təyin olunmuş funksional fəzalar üçün yaxınlaşmalar nəzəriyyəsi

Banax qiymətli funksional fəzalar nəzəriyyəsi

Çoxölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsi

Bessel, Laqer, Gegenbauerə, Dankl və Çebli-Trimeçe hiperqruplarında harmonik analizin müxtəlif məsələlərinin tədqiqi; Diferensial tənliklərə tətbiq məsələləri.

Rəhbərlik etdiyi dissertasiyalar

ELMLƏR NAMİZƏDİ TƏLƏBƏLƏRİNİN SİYAHISI

  1. Rahimova K.R., Investigations of the boundedness of some class anisotropic operators in the Morrey type spaces, Azerbaijan, 2016, November 25
  2. İsayev F.A., Investigations two-weighted inequalities for Fourier-Bessel integral operators, Azerbaijan, 2015, November 27
  3. Serab Guner, The singular integral operators  related to generalized shift operator in Beppo-Levi spaces, Dumlupinar University, 2015, june 11
  4. Cansu Keskin, The singular integral operators related to generalized shift operator in Beppo-Levi spaces, Dumlupinar University, 2015, june 11
  5. Fatih Deringoz, Boundedness of integral operators of Harmonic Analysis on generalized Orlicz-Morrey spaces, Ahi Evran University, 2015, june 09
  6. Altinkol Seyda, Some problems of B-harmonik analysis, Akdeniz University, 2014, December 29
  7. Muradova Sh.A. Study anisotropic fractional maximal operator and Riesz potential on anisotropic local Morrey type spaces, Azerbaijan, 2013, September 27
  8. Canay Aykol, Generalized Morrey-Lorentz  Spaces and the Boundedness of the Maximal Operators in this spaces, Ankara Universty, 2013
  9. Alieyev, S.S. Aprior estimates of the elliptic differential equations on the generalized Morrey spaces,  Institute of Mathematics and Mechanics of Academy of Sciences of Azerbaijan, 2012,  November 25
  10. Karaman Turhan, Boundedness of the sublinear operators, generated by Calderon-Zygmund operators on generalized weighted Morrey spaces, Ankara Universty, 2012, May 25
  11. Omarova M.N., On the properties of the fractional maximal functions and the Riesz potentials on the Laguerre hypergroups. 2010,  May 14
  12. Hajiyev A.I., Weighted inequalities for integral opera-tors, associated by Bessel differential operators. 2006, June 23
  13. Garakhanova N.N., Investigations of the Bk,n maximal functions and Bk,n Riesz potentials. 2005, October 17
  14. Abbasova M.M., Structural property singular integrals for banach-valued functions. 2005, February 07
  15. Safarov Z.V., Some properties of generalized Fourier-Bessel potential type integrals. 2004, April 05
  16. Bandaliyev R.A.Imbedding theorems for weighted Sobolev spaces banachvalued functions. 2002, November 26
  17. Narimanov A.K., Investigations of the anisotropic Fourier – Bessel singular integrals. 2001, February 7
  18. Maharov I.K., The equivalents norms in the Banach-valued Besov spaces. 2000, May 17
  19. Gasanov D.D., Anisotrop Bn–potential Riesz and its applications. 1999, June 23
  20. Mustafaev R.Ch., Integral operators of potential type on spaces of homogeneous type and their applications to differential equations. 1998, September 16

MƏSLƏHƏTÇİSİ OLDUĞU ELMLƏR DOKTORLARININ SİYAHISI

  1. Bəndəliyev R.Ə., Integral operators of harmonic analysis in Banash function spaces and some applications, 2014, December 05
  2. Yaqubov Y.Y., İntegral operators connected with Dunkl operator and determined in Heisenberg group in functional spaces, 2015, May 22
  3. İbrahimov E.C., Some aspects of harmonic analysis associated with Gegenbauer differential operator, 2017, September 29
  4. Hasanov J.J., Integral operators of multidimensional harmonic analysis and B- harmonic analysis in generalized Morrey spaces and some applications, 2018, February 02

Mükafatlar

1993-cü ildә elmi işlәrinin yüksәk sәviyyәsinә görә Amerika Riyaziyyat Cәmiyyәtinin "Soros Foundatıon" mükafatına layiq görülüb;

2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib;

2014-cü ildә "Avropa Nәşr Mәtbu Evi" nin mukafat komissiyasinin qәrari ilә “Әn yaxşi vәtәnpәrvәr tәdqiqatçi alim qizil medalı”;

2016-cı ildə ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” mükafat müsabiqəsinin Fizika, riyaziyyat və texnika elmləri sahəsinin əsas nominasiya üzrə qalibi mükafatı ilə təltif edilib;

2017-ci ildə Azərbaycanda riyaziyyat elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 60 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI;

2018-ci ildə Clarivate Analytics (Web of Science Awards 2018) agentliyi tərəfindən Azərbaycanda Təbiət elmləri üzrə ən məhsuldar müəllif nominasiyası üzrə qalibi olmuşdur.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

"Applied and Computational Mathematics" yüksək impakt faktorlu (IF 3.16) Q1 beynəlxalq jurnalının baş redaktorun müavini;

Transactions of National Academy of Sciences of Azerbaijan. Series of Physical-Technical and Mathematical Sciences, Issue Mathematics (Trans. Natl. Acad. Sci. Azerb. Ser. Phys.-Tech. Math. Sci. Mathematics) jurnalının baş redaktoru;

«TWMS Journal Pure and Applied Mathematics» jurnalın beynəlxalq redaksiya heyətinin üzvü;

Journal of Nonlinear Sciences and Applications jurnalının redaksiya heyətinin üzvü;

Eurasian Mathematical Journal, (WoS) jurnalının redaksiya heyətinin üzvü;

Communications de la Faculté des Sciences de l'Université d'Ankara. Séries A1. Mathematics and Statistics jurnalının redaksiya heyətinin üzvü;

Proceedings of Institute of Mathematics and Mechanics of NAS of Azerbaijan jurnalının redaksiya heyətinin üzvü;

Azerbaijan Journal of Mathematics jurnalının redaksiya heyətinin üzvü;

Journal of Contemporary Applied Mathematics jurnalının redaksiya heyətinin üzvü;

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin üzvü;

Qrantlar və nailiyyətlər

1993-cü ildə elmi işlərinin yüksək səviyyəsinə görə Amerika Riyaziyyat Cəmiyyətinin "Soros Foundation"  mükafatına (500 dollar) layiq görülmüşdür.

2002-2003-cü illərdə Kardif Universitetinin professoru V.İ. Burenkov ilə birgə hazırladığı "Weighted spaces of differentiable functions, weighted inequalities for integral operators and  applications" adlı iki illik proyekt NATO Science Programme, Collaborative Linkage Grant-nı qazanmışdır.

2004-cü ildə (Nato-D) Konuk Bilim Adamı Destekleme Programı qrantı  çərçivəsində Harran Universitetində  1 ay tədqiqat işləri aparmışdır.

2003-cü ildə həmçinin  Azərbaycan-Amerika ikitərəfli Qrant Proqramı çərçivəsində (Award from Azerbaijan - U.S. Bilateral Grants Program Competition U.S. Civilian Research & Development Foundation) Alabama Universitetinin professoru Zhijian Wu ilə birgə hazırladığı "Holomorphic and harmonic function  spaces, their boundary values and operator theory" adlı proyekt konkursda qalib gəlmışdır.

2006-cı ildə  V.S. Quliyevin rəhbərliyi (Azerbaijan Team Leader: Prof. V. Guliyev) ilə tədqiqat qrupu INTAS Open Call 2005-2006 for Research Projects  Proposal Programme çərçivəsində "Function spaces and applications to partial differential equations" adlı proyekti Avropanın 10 komandası (UK, Czech Republic, France, Germany, Italy, Sweden, Azerbaijan, Georgia, Kazakhstan, Russia) ilə birlikdə konkursun GRANT -nı qazanmış və 2007-2008-ci illərdə onun  tədqiqat qrupu bu layihə çərçivəsində tədqiqat işlərini müvəffəqiyyətlə aparmışlar. Bu layihənin nəticələrinin yekun hesabatında Professor V.S. Quliyev ən yaxşı layihə rəhbərinə layiq görülərək pul mukafatı və İNTAS koordinatorunun təşəkkür diplomu ilə mukafatlandırılmışdır.

2007-cü ildə 2ci Azərbaycan-Amerika ikitərəfli Qrant Proqramı çərçivəsində (Award from Azerbaijan - U.S. Bilateral Grants Program II Competition U.S. Civilian Research & Development Foundation) V.S.Quliyev Alabama Universitetinin professoru Zhijian Wu ilə birgə hazırladığı "Potentials and Carleson measures on Besov-Morrey type spaces" adlı proyekt konkursda qalib gəlmışdır. O, bu qrant çərçivəsində 30 mart 2008 ci il tarixindən 30 mart 2010-cü il tarixinə kimi birgə tədqiqat işləri görülmüşdür.

2007-ci ildə TUBİTAK bilim adamına dəstək qrantını qazanmış və bu qrant hesabına 2008-ci ildə Ankara Universitetində birgə elmi araşdırlmalar aparmışdır.

2010-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda akademik A.C. Hacıyevin rəhbərlik etdiyi Riyazi Analiz qrupu tərkibində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci qrant müsabiqəsinin qalibi olmuşdur (EIF-2010-1(1)-40/06-1).

2011-2013-cü illərdə  V.S. Quliyevin rəhbərliyi ilə 2 illik TUBİTAK projesi (TUBITAK Project No: 110T695) yerinə yetirilmişdir.

2015-2016-ci ildə V.S. Quliyevin rəhbərliyi ilə "Real analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və tətbiqləri" adlı layihə Elmin İnkişafı Fondu çərçivəsində yerinə yetirilmişdir.

2015-2017-cü illərdə V.S. Quliyevin rəhbərliyi ilə AMEA-nın elan etdiyi Elmi-Tədqiqat Proqramları üzrə təqdim olunan "Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri" adlı layihə yerinə yetirilmişdir.

1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsinə təqdim edilmiş “Function spaces and applications to partial differential equations” layihəsi 2018-ci ilin müsabiqəsində qalib gəlmişdir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Professor V.S. Quliyevin sədrliyi ilə 2019-cu il  iyul ayının 16-dan 20-nə kimi Türkiyənin Dumlipınar Universitetində  “Operators in General Morrey-Type Spaces and Applications – OMTSA 2019” beynəlxalq konfransı müvəffəqiyyətlə keçirilmişdir.
  • 17.06.2018-23.06.2018, Bişkek, Kırğızıstanın, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
  • 02.10.2017-05.10.2017, Astana, Qazağıstan, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
  • 23.04.2017-28.04.2017, Rostov-Don, Rusiya, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
  • 09.07.2016-18.07.2016, Kırşehir, Türkiyə, Beynəlxalq konfrans - İCAA, Dəvətli məruzəçi
  • 2. 25.05.2015-30.05.2015, Moskva, Rusiya, Dəvətli məruzəçi
  • 3. 14.04.2014-24.04.2014, Kütahya, Türkiyə, Dəvətli məruzəçi
  • 23.06.2014-27.06.2014, Padova, Italiya, Dəvətli məruzəçi (Workshop)
  • 09.06.2013-16.06.2013, Padova, Italiya, Dəvətli məruzəçi
  • 14.11.2013-01.12.2013, Pekin, Çin, Dəvətli məruzəçi
  • 12.06.2011-19.06.2011, Aveiro, Portuqaliya, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
  • 24.06.2009-30.06.2009, London İmperial Kolleci, Böyük Britaniya, VII-ci İSAAC konqresi, Dəvətli məruzəçi
  • 05.10.2008-12.10.2008, Novosibirski, Moskva, Beynəlxalq konfrans, Dəvətli məruzəçi

SEÇIILMIŞ ƏSƏRLƏRI

KITABLAR

1. V.S. Guliyev, Function spaces, Integral Operators and Two Weighted Inequalities on Homogeneous Groups. Some Applications, Casioglu, Baku, 1999, 332  pp. (in Russian)

2. V.S. Guliyev, Integral operators, function spaces and questions of approximation on the Heisenberg group, Baku -"ELM", 1996, 199  рр. (Baku)