Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu

Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu (TRETİ) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 395 №-li 26 noyabr 1991-ci il tarixli, Xalq Təhsili Nazirliyi 920 №-li 16 dekabr 1991-ci il tarixli qərarı ilə yaradılmışdır. 1993-cü ilin əvvəlindən indiyə kimi instituta akademik Fikrət Əhmədəli oğlu Əliyev başçılıq edir.

İnstitutun əsas tədqiqat obyekti “dinamik proseslər, idarəetmə və iqtisadi sistemlərin riyazi modelləşdirilməsi, aktual nəzəri, tətbiqi məsələlərin həlli və informasiya resurslarının hazırlanması” problemidir. İnstitutun əməkdaşları İngiltərənin “Gordon and Breach” nəşriyyatında “Optimization of Linear Control Systems Analytical Methods and Computational Algorithms” adlı monoqrafiyanı nəşr etdirmişlər.

İnstitutda 2002-ci ildən başlayaraq, ildə iki buraxılış olmaqla “Applied and Computational Mathematics” adlı beynəlxalq elmi jurnal nəşr olunur. Dünyanın 12 ölkəsindən görkəmli riyaziyyatçı alimlər həmin jurnalın redaksiya heyətinə daxildirlər.

Əlaqə

Direktor: akad. Fikrət Əliyev
Tel.: 539 15 95