SEMİNAR
Institutda hər həftənin çərşənbə axşamı, saat 10 00-da tətbiqi riyaziyyatın müasir problemlərinə həsr olunmuş elmi seminar keçirilir.
Arzu edənlər iştirak edə bilərlər.
Ünvan: TRET İnstitutu, Seminar zalı, Otaq 18.
05.07.2022-ci il tarixində İnstitutun növbəti seminarı keçirildi.
Seminarda Tərs məsələlər və obrazların taninması şöbəsinin müdiri professor Etibar Pənahov "Periodik operotorlar üçün spektral analizin tərs məsələləri" mövzusunda məruzə etdi.
Məruzədə periodik potensiallı Dirak operatorları üçün spektral analizin tərs məsələsinə baxılıb. Bəzi dayanıqlılıq teoremləri verilmiş və eyni zamanda potensiallar fərqi üçün Hofstad -Levit teoremi analoji olaraq araşdırılmışdır.
Seminarda institutun əməkdaşları, onlayn formada azərbaycanın müxtəlif universitetlərinin alimləri, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi ona verilən sualları cavablandırdı.
f.r.e.n Rafael Mehdiyev