Direktorluq
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin bitirmişdir. 1975-ci ildə aspiranturanı bitirib, Ukrayna EA-nın Riyaziyyat İnstitutunda (Kiyev) namizədlik dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə Moskva şəhərində VNİİŞİ – də fizika-riyaziyyat elmləri doktoru dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir. 1975-ci ildən 1992-ci ilədək Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik, baş elmi işçi, 1992-93-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olmuş, 1993-cü ildən indiyədək BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin direktoru vəzifəsində calışır. 1993-cü ildə Amerika Riyaziyyat Cəmiyyətinin, 1996-cı ildən Ümumdünya Kompüter Assosiasiyasının və 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 2021 -ci ildən Fikrət Əliyev AMEA-nın Rəyasət Heyətinin tərkibinə daxil edilib.
Quliyev Vaqif Sabir oğlu - Elmi işlər üzrə direktor müavini
1978-ci ildə Azərbaycan Dövlət Universitetin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında namizədlik dissertasiyası müdafiə edib. 1987 və 1991-ci illərdə V.A. Steklov adına Riyaziyyat İnstitutunda elmi stajkeçmədə olub. 1993-cü il 19 mart Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülüb. 1994-cü il Moskva şəhərində V.A. Steklov adına Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci il 28 fevral tarixində professor elmi adını alıb. 2014-cü il 30 iyun AMEA-nın müxbir üzvü seçilib. 1983–1995-ci illərdə BDU-nun "Riyazi analiz" kafedrasında asistant, baş müəllim, dosent, 1995-ci ildən 2019-cu ilə kimi professor vəzifələrində çalışıb. 1995-2008-ci illərdə AMEA RMİ-də əvəzçilik ilə işləmişdir. 2008-ci ildən 2014-cü ilə kimi AMEA RMİ-nin "Riyazi analiz" şöbəsinin baş elmi işçisi vəzifəsində, 2014-cü ildən hal-hazıra kimi AMEA RMİ-nin "Riyazi analiz" şöbəsinin müdürü vəzifəsində çalışır. 2015-cü ildən 2019-cu ilədək AMEA RMİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2019-cü ildən 2021 -ci ilin may ayına kimi BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin baş elmi işçisi vəzifəsində çalışmışdır. 2021-cü il mayından BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. Professor Vaqif Quliyev 2014-cü ildən indiyə kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.
Axundov Hikmət Səttar oğlu - elmi işlər üzrə direktor müavini
1983-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsini bitirib. 1991-ci ildə “Riyazi analiz” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. İndiyədək 30-dan artıq elmi məqalənin müəllifidir. Almaniya, Ukrayna, İran, Türkiyə, Rusiyada keçirilən konfransların iştirakçısı olmuşdur.
Nərgiz Əhməd qızı Səfərova 1996-cı ildə Bakı Dövlət Universitetinin «Tətbiqi Riyaziyyat və Kibernetika» fakultəsini bitirmişdir. O, 1996-cı ildən gənc mütəxəssis kimi BDU-nun Tətbiqi Riyaziyyat ETİ-də kiçik elmi işçi vəzifəsində işləməyə başlamışdır. N.Ə. Səfərova 2006-ci ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2008-ci ildə həmin şöbədə böyük elmi işçi, 2012-ci ildən isə İnstitutun Elmi Katibi vəzifəsinə təyin olunmuşdur. O, İnstitutun Elmi Şurasının üzvü, «Applied and Computational Mathematics» beynəlxalq jurnalının (www.acmij.az) icraçı redaktorudur. N.Ə. Səfərova 40-dan artıq elmi əsərin müəllifi, optimal idarəetmə nəzəriyyəsi və ədədi üsullar üzrə mütəxəssisdir. O, periodik optimal stabilləşdirmə məsələləri sahəsində bir çox aktual elmi nəticələr almışdır.