Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

İDDIAÇININ DISSERTASIYA ŞURASINA TƏQDIM ETMƏLI OLDUĞU SƏNƏDLƏRIN SIYAHISI

 

  • İddiaçının ərizəsi.
  • İş yerində təsdiq olunmuş, üzərində foroşəkil olan kadrların şəxsi uçot vərəqəsi – 2-nüsxə
  • Dissertasiya mövzusunun  və elmi rəhbərin təsdiq  olunması haqqında protokoldan çıxarış -2 nüsxə.
  • Dissertasiya mövzusunun müvafiq elm sahəsi üzrə  problem şurasında qeydə alınması  haqqında protokoldan çıxarış- 2 nüsxə.
  • Doktorluq imtahanlarının verilməsi haqqında  vəsiqə -2 nüsxə
  • Dissertasiyanın cildlənmuş nüsxələri –zəruri sayda.
  • Avtoreferatın əlyazması (dissertasiyanın bütün nüsxələrinin titul vərəqini və avtoreferatın əlyazmasının üz qabığını  iddiaçı imzalayır).
  • Fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün ali təhsil haqqında diplomun təsdiq edilmiş sürəti -2 nüsxə;   Elmlər doktoru  elmi dərəcəsinə iddia edən şəxslər üçün  fəlsəfə doktoru diplomunun təsdiq edilmiş sürəti. – 2 nüsxə.
  • Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının  təhkim olunduğu təşkilatın rəyi və həmin rəyin qəbul olunduğu iclasın protokolu – 2 nüsxə (resenzentlərin yazılı rəyləri (2 nüsxə) və dissertasiyanın işinin  ilkin müzakirəsinin gedişinin videoçəkilişi  yazılmış kompakt disklər əlavə olunur). Rəy kafedra (laboratoriya, şöbə) iclasının və ya seminarın  protokolundan çıxarış şəklində tərtib edilir, təşkilat rəhbəri tərəfindən təsdiq olunur və ona təşkilatım möhürü vurulur. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır, onların imzası təşkilatın elmi katibi tərəfindən müvafiq qaydada təsdiq olunur.
  • İddiaçının elmi-pedaqoji  və istehsalat fəaliyyəti haqqında  xasiyyətnamə  - 2 nüsxə  (Xasiyyətnamə əsas iş yerindən verilir, təşkilatın rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiqlənir, tarix qoyulur)
  • Elmi rəhbərin (məsləhətçinin) rəyi - 2 nüsxə
  • Dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi işlərin siyahısı və onların surətləri