Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Arxiv

04.07.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda Ceyhun Abbasov "Optimizasiya problemlərinin həllində sadə alqoritm" mövzusunda məruzə etdi.

Bu tədqiqat işi firmada istehsal proseslərində büdcə məhdudiyyəti şərtində verilmiş optimallaşdırma məsələlərinin həlli üçün alqoritmin qurulmasına həsr olunmuşdur. Məlumdur ki, firmalar məhdud resurslarından istifadə etməklə istehsallarını maksimum etməyə cəhd göstərirlər. Lakin, elə istehsal faktorları mövcud ola bilər ki, bu faktorlar firmanın istehsalına müəyyən dövrdən sonra təsir etsinlər. Belə olan halda optimallaşdırma məsələsinin məqsəd və məhdudiyyət funksiyaları dəyişənlərin laqlarında ifadə olunmuş olur ki, bu problemin həlli əsasında da firmanın resurslarının istehsal faktorları arasında bölüşdürülməsi mümkün olmur. Məhz bu tədqiqat işində verilmiş alqoritm bu problemin həli üçün nəzərdə tutulmuşdur.

__________________________________

20.06.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda Atif Namazov QAZ-LİFT QUYUSUNUN  QALDIRICISININ MÜXTƏLİF HİSSƏLƏRİNDƏ HİDRAVLİK MÜQAVIMƏT ƏMSALININ TƏYİNİ ÜÇÜN DİSKRET HALDA ASİMPOTİK ÜSUL" mövzusunda məruzə etdi.

İşdə qaz-lift üsulu ilə istismar olunan quyularda qazın və ya qaz-maye qarışığının hərəkətini təsvir edən qeyri-xətti  adi diferensial tənliklər sisteminin sağ tərəfinə kiçik parametr daxil (kiçik parametr quyunun dərinliyini tərs qiyməti kimi qəbul edilir) olan diskret hal nəzərdən keçirilmişdir. Alınmış nəticələr quyu dərinliyi iki müxtəlif hissəyə bölündükdə misal üzərində illüstrasiya edilir və göstərilir ki, bu qiymətlər praktiki nəticələr ilə  dəqiqliyi  ilə üst-üstə düşür.

__________________________________

13.06.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda Qurbanova Türkan Heydər qızının “Nasos üsulu ilə işləyən quyuların səmərəli istismarı üçün qaz-hidrodinamik üsulların işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsikeçirildi.

Dissertasiya işində neft yataqlarının işlənməsini ştanqlı nasos üsulu ilə apardıqda nasosun işinə lay qazının mənfi təsirini zəiflətmək istiqamətindən imtina edilir və nəzəri-praktiki tədqiqatlarla lay qazından istifadə etməklə nasos quyusunun texnoloji göstəricilərini əsaslı yaxşılaşdırmanın mümkünlüyü təsdiq olunur.

Dissertasiya işində başqa tədqiqatçıların və iddiaçının özünün laboratoriya və mədən təcrübələri ilə təsdiqlənən lay qazından istifadə etməklə işlənmiş təqdirə layiq nətəcələri o, cümlədən yeni səmərəli tədqiqat üsulu, mərkəzdənqaçma naosunun drenaj zonasının modeli təsdiqlənməsi, paker qurğusundan istifadə etməməklə paker effekti yaratma üsulu, drenaj zonasının dayanıqlı rejimi şərtinin müəyyənləşdirilməsi, quyuların potensial debitə yaxın debitlə işlədilməsi, drenaj zonasının neft ehtiyatının mənimsənilmə dərəcəsinin tədqiqi işlənmişdir.









_______________________________

06.06.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda AMEA-nın Respublika Seysmoloji Xidmət mərkəzinin böyük elmi işçisi  "Ştanqlı nasos qurqusunun işinin yaxşılaşdırılması " mövzusunda məruzə etdi.
Ştanqlı dərinlik nasos qurğusunun (ŞDNQ) ştanqlarının asqısında yükləməni azaltmaq məqsədilə ştanq kəmərinin konstruksiyasında çevirici mexanizm tətbiq etmək təklif edilib. Ştanq kəməri iki hissəyə bölündüyünə görə, həmin hissələr arasında çevirici mexanizm quraşdırılır. Çevirici mexanizm yuxarı və aşağı porşenli hidrosilindrlərdən ibarətdir. Hidrosilindrlər bir-biri ilə əlaqədədirlər. Bununla belə nasos-kompressor boruları kəməri, nasosun endirilmə dərinliyindən asılı olmayaraq, pilləli götürülür və pillələr arasında  keçiddə çevirici mexanizm oturdulur. Yuxarıdakı hidrosilindrin porşenin ştoku asqıdan asılmış ştanq kəmərinin aşağı başına bərkidilir.  Aşağıdakı hidrosilindrin porşenin  ştokunun aşağı ucunda  quyu nasosunun plunjeri asılmış ştanq kəmərinin yuxarı ucu bərkidilmişdir. Analiz edilərək göstərilir ki, təklif olunan konstruksiyada  ştanqların asqısında yükləmə reduktor valının çıxışında burucu moment və dəzgahının elektrik enerjisinin sərfi əhəmiyyətli dərəcədə azalır.

________________________________
30.05.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda Akademik Fikrət Əliyev "Neft çıxarmada qaldırıcı borunun müxtəlif hissələrində hidravlik müqavimət əmsallarının təyini üçün asimptotik üsul" mövzusunda məruzə etdi.

İşdə qazlift quyularında maye-qaz qarışığının hərəkətini təyin edən hiperbolik tənliklər sistemi zamana görə ortalaşdırılır və quyunun hündürlüyünün tərsi kiçik parametr kimi qəbul edilərək debit üçün asimptotik formula alınır. Statistik verilənlər əsasında ən kiçik kvadratlar üsulundan istifadə  olunaraq qaldırıcı  boruda hidravlik müqavimət əmsalı (HMƏ) üçün kiçik parametrə görə birinci tərtibdən asimptotik  formula tapılır. Qaldırıcı  boru iki yerə bölünərək hər hissə üçün HMƏ üçün ədədi qiymətlər hesablanır və göstərilir ki, alınan nəticələr məlum nəticələrlə 10-2 dəqiqliklə üst-üstə düşür.

________________________________________
23.05.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda f.r.e.n., dosent  N.I. Vəliyeva "Çıxışa nəzərən optimal sintez məsələsinin parametrizasiya üsulu ilə ümumi halda həlli" mövzusunda məruzə etdi.

İşdə çıxışa nəzərən optimal sintez məsələsinin kəsilməz halda parametrizasiya üsulu ilə ümumi həll alqoritmi verilir. Təklif olunan həll alqoritmində polinomların faktorizasiyası, MFD ayrılışı və Diofant tənliklərinin həllindən istifadə olunur. Göstərilir ki, alqoritmdən simvol hesablamalar mühitində istifadə etmək olar. Nəticələr məlum misal üzərində müqayisə olunur və alqoritmin effektivliyi göstərilir.

___________________________________
16.05.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda Azərbaycan Texniki Universitetinin dosenti,  U.M. Nadirov "Maşınqayırmada  məmulların xidmət müddətlərinin istehsal keyfiyyətindən asılılığının riyazi modeli və onun araşdırılması" mövzusunda məruzə etdi.

Məmullar məcmusunun xidmət müddətləri ilə onların limitləşdirici keyfiyyət parametrləri arasındakı asılılıq müəyyən edilmiş və uyğun riyazi model qurulmuşdur. Müəyyən edilmiş  riyazi modelə əsaslanaraq, maşınqayırma məmullarının xidmət müddətlərinin praqnozlaşdırılması, müəssisənin fəaliyyətinnin qiymətləndirilməsi və istehsal prosesinin idarə edilməsi məsələləri araşdırılmışdır. Alınmış nəticələr qrafik və cədvəllər vasitəsi ilə göstərilmişdir.



_______________________________________

25.04.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda   Dos. R. Həmidov "Blok proqramlaşdırmanın bir məsələsi və onun həlli yolu" mövzusunda məruzə etdi.

Xüsusi strukturlu matrisli məhdudiyyətə malik böyük ölçülü bir sinif məsələnin həlli üçün effektiv üsul təklif olunur. Baxılan siniflə bağlı kollektiv qərar qəbuletmənin doğurduğu iqtisadi və texniki yönümlü məsələlərə baxılır. Təklif olunan effektiv alqoritmin belə məsələlərə tətbiqi imkanları göstərilir.

_______________________________________
18.04.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda   t.e.d. M. Mütəllimov "Daxili və son nöqtələrdə ayrılmayan üçnöqtəli sərhəd şərtli optimallaşdırma məsələsinin həlli üçün qovma üsulu" mövzusunda məruzə etdi.

Daxili  və  son  nöqtələrdə  şərtlərin  ayrılmadığı  üçnöqtəli  sərhəd  şərtli  optimallaşdırma məsələsinə  baxılır.  Sərhəd  şərtləri  qeyri-standart  olduğundan  çatışmayan  sərhəd  verilənlərinin qiymətlərini tapmaq üçün Laqranj vurğunun başlanğıc verilənlərindən istifadə olunur. İlkin məsələnin həlli üçün Rikkati matris diferensial tənliklərinin, habelə xətti matris diferensial tənliklərin həllindən istifadə olunur.

_________________________________

11.04.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda   F.r.e.n, dos. Ə.B. Ramazanov "Qradiyent alqoritmin obrazların tanınmasının bəzi məsələlərinə tətbiqi" mövzusunda məruzə etdi.

Bu işdə qradiyent alqoritm obrazların tanınmasının bəzi məsələlərinə tətbiq edilir. Qradiyent alqoritmin bir neçə variantı təklif edilir. Göstərilir ki, qradiyent alqoritm komitet həllin qurulmasına imkan verir. Həmçinin qradiyent alqoritm vasitəsi ilə etalon obrazın qurulması qaydaları təklif edilir. Alınmış nəzəri nəticələr konkret misallarla şərh edilir. 

________________________________
04.04.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda   F.r.e.n, dos. Əliyev R.A. "ELLIPTIK TIP TƏNLİKDƏ ƏMSALLARIN DÜZBUCAQLIDA TƏYİNİ TƏRS MƏSƏLƏLƏRİ" mövzusunda məruzə etdi.

Qərarlaşan müxtəlif fiziki təbiətli proseslərin riyazi modelləşdirilməsi xüsusi törəməli elliptik  tip tənliklərlə   təsvir olunur. Bu modellərin identifikasiyası riyazi fizikanın tərs məsələləri kimi tədqiq olunur. İşdə düzbucaqlı oblastda verilmiş müxtəlif sərhəd  şərtli elliptik tip tənluklərdə əmsalların təyini tərs məsələsi tədqiq edilir. Eyni zamanda varlıq, yeganəlik və dayanıqlıq teoremləri isbat edilir. Ardıcıl yaxınlaşma metodundan istifadə edərək həllin tapılması alqoritmi qurulur.



________________________________________
14.03.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda  f.r.e.n. Vahid Babanlı  "İki tərtibli parabolik tip tənlik üçün qoyulmuş qarışıq məsələnin araşdırılması" mövzusunda məruzə etdi.

Təqdim olunan işdə üçölçülü oblastda iki tərtibli parabolik tip tənlik üçün qoyulmuş qarışıq məsələnin həlli araşdırılmışdır.

İşdə sabit qalınlıqlı dairəvi  layda neftin mərkəzi quyuya qərarlaşmamış süzülməsi prosesinin riyazi modeli qurulmuş və həllin analitik ifadəsi alınmışdır. Həll prosesində dəyişənlərə ayırma və Laplas çevirməsi üsullarından istifadə olunmuşdur.

_______________________________________
07.03.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda AMEA  Radiasiya Problemləri İnstitutunun aparıcı elmi içşisi, b.e.n.  S.A. Məmmədli "Qamma və UB faktorlarla induksiyalanmış genomun qeyri-stabilliyini aşağı salan radioprotektor təsirləri" mövzusunda məruzə etdi.

İlk dəfə olaraq müxtəlif taksonomik qrupa (birləpəli və ikiləpəli) aid olan, çarpaz tozlanan bitkilərdə radiasiya ilə induksiya olunan genomun qeyri-stabilliyi tədqiq olunmuşdur. Göstərilmişdir ki, tozlanma tipi nəinki valideyn formalarda, həm də M1 və M2 nəsillərində xromosomlarda struktur dəyişikliklərinə təsir edir. Bitkilərdə genetik qeyri-stabilliyin yaranması qanunauyğunluqlarının öyrənilməsi xüsusilə müxtəlif bitki növlərinin və sortlarının genofondunun saxlanılması məqsədi ilə şüalanmanın gələcək nəsillərdə baş verəcək fəsadlarının proqnozlaşdırılması tədqiq olunur.

__________________________________

28.02.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda f.-r.e.n. Y.R. Əşrəfova "Mürəkkəb strukturlu boru-kəmərləri şəbəkəsində mayenin qərarlaşmamış rejimdə hərəkəti zamanı baş vermiş sızma yerlərinin və həcminin təyini məsələsinin ədədi həlli" mövzusunda məruzə etdi.

İşdə mürəkkəb halqavari strukturlu boru-kəmərləri şəbəkəsində mayenin qərarlaşmamış rejimdə hərəkəti üzrəində əlavə müşahidələrin nəticələrinə əsaslanaraq boru-kəmərlərinin hər-hansısa hissələrində baş vermiş sızma yerlərinin və həcminin təyinindən ibarət olan tərs məsələyə baxılır. Məsələ ayrılmamış sərhəd şərtli parametrik optimal idarəetmə məsələsinə gətirilir. Burada  funksionalın qradiyenti üçün analitik ifadələr alınmışdır, harada ki, sonuncular optimallaşdırmanın birinci tərtib ədədi üsullarından istifadə etməyə imkan verir. Məruzədə ədədi eksperimentlərin nəticələri şərh olunur.



_________________________________________
Seminarda f.-r.e.n. A.P. Quliyev "Qaz-lift üsulu ilə neft çıxarmada hidravlik müqavimət əmsalının təyini üçün 3D məsələsi" mövzusunda məruzə etdi.

Boruda mayenin hərəkəti xüsusi törəməli hiperbolik tip differensial tənliklər sistemi ilə təsvir olunur. Verilmiş xüsusi törəməli differensial tənliklər sistemi üçün sərhəd məsələsinə baxılır. Bu məsələ üçün  kvadratik funksional qurulur və tərs məsələyə baxılaraq hidravlik müqavimət əmsalının təyini  cəbri tənliklər sisteminin  həlli  kimi tapılır.

_______________________________________
14.02.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda prof. A. X. Xanməmmədov "Bəzi diskret operatorlar üçün spectral analizin tərs məsələsi"mövzusunda məruzə etdi.

Məruzə Şturm-Liuvill tənliyi və birölçülü Dirak sisteminin diskret analoqları üçün səpilmənin tərs məsələsinə həsr olunub. Tərs məsələnin birqiymətli həll olunması üçün zəruri və kafi şərtlər göstərimişdir. Tərs məsələnin həlli alqoritmi verilmişdir.

_______________________________________
07.02.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda t.e.d.  M.M Mütəllimov “Daxili və son nöqtələrdə ayrılmayan şərtləri olan üç nöqtəli optimal idarəetmə məsələsinin həll alqoritmimövzusunda məruzə etdi.

Daxili və son nöqtələrdə ayrılmayan şərtlərlə verilmiş üç nöqtəli sərhəd şərtli optimal idarəetmə məsələsinin həll alqoritmi işlənilmişdir. Qazlift üsulu ilə neftin çıxarılmasında bir xüsusi məsələ belə bir optimal idarəetmə məsələsinə gətirilərək həll edilir. Təklif edilən üsul əsasında hesablama alqoritmi hazırlanmışdır.

_______________________________________
24.01.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminarda f.r.e.d. Hamlet Quliyev Hiperbolik tənliklər üçün bəzi tərs və korrekt olmayan məsələlərin optimal idarəetmə nəzəriyyəsinin köməyi ilə tədqiqimövzusunda məruzə etdi.

Burada 2 və 4 tərtibli hiperbolik tənliklər üçün qoyulmuş tərs və ya korrekt olmayan məsələlər, verilmiş  əlavə informasiyanın köməyi ilə qurulmuş funksional üçün optimal idarəetmə məsələsinə gətirilir, baxılan məsələdə optimal idarəetmənin varlığı isbat olunur, optimallıq üçün zəruri şərtlər, bəzi hallarda zəruri və kafi şərtlər çıxarılır, idarəedicilər çoxluğu L2 fəzasında kürə olduqda qradientin proyeksiyası üsulu ilə həll alqoritmi verilir.

____________________________________
24.01.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarı keçirildi.

Seminar Institutda çalışan yarımştat əməkdaşların 2017-ci il üçün elmi-tədqiqat iş planının müzakirəsinə həsr olunmuşdur.

__________________________________
17.01.12.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarında akademik F.Ə.Əliyev  və f.r.e.n. N.İ. Vəliyeva Ümumiləşmiş periodik matrisli Silvester tənliklərinin həlləri haqdamövzusunda məruzə etdi.

Xətti matris bərabəsizliklər üsulundan istifadə edərək  ümumiləşmiş periodik matrisli Silvester tənliklərinin həlli verilir.   Alınan həllin dəqiqliyini artırmaq üçün dəqiqləşmə alqoritmi təklif olunur. Periodiklik şərti, matris əmsalların bəzi məhdudluğu daxilində  diskret periodik Silvester tənliyi  ümumiləşmiş cəbri  Silvester tənliyinə gətirilir və simvol hesablama mühitində həll alqoritmi verilir. Misal üzərində həll metodlarinin nəticələri analiz olunur. Simvol hesablama mühitində alınan həll 10-61 dəqiqliklə tənliyi ödədiyi göstərilir.

_______________________________

10.01.12.2017-cı il tarixində saat 1000-da İnstitutun  seminarında  professor  M. Sadıqov “Hamar olmayan riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə etdi.

İşdə hamar olmayan riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün ikinci tərtib zəruri və kafi şərt tapılmışdır.

_____________________________________

27.12.12.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında G.Ə. Əbdiyeva-Əliyeva QAZDAN TƏHLÜKƏLİ MÜƏSSİSƏNİN RİYAZİ MODELİNİN QURULMASImövzusunda məruzə etdi.

Qazdan təhlükəli müəssisənin ekoloji modelinin qurulması üçün əsas məsələlərə baxılır. Üç tənlikdən ibarət xüsusi törəməli 2-ci tərtib diferensial tənliklər sistemindən ibarət olan Novye-Stoks tənliyinin bazasında riyazi model qurulur.

Riyazi modelin qurulmasından sonra proseslərin vəziyyətini proqnozlaşdırmaq üçün modeldə olan tənliklərin həlli vacibliyi göstərilir. Bu prosedur imitasiya adlanır və  real sistemdə şərtlərin dəyişdirilməsi təsirini öyrənmək üçün bir modeldən istifadə edərək müəyyən edilir.

Model, optimal prinsiplərin tövsiyə edilməsi və qazdan təhlükəli müəssisələrinin sanitar zonalarında mühitin qaz konsentrasiyasına nəzarət üsullarının seçilməsi məqsədi ilə işlənmişdir. Buna görə də, modelin işlənməsində  ikinci mərhələ kimi  əsas nöqtələrin tapılması və mühitdə qaz konsentrasiyasına nəzarət həyata keçirilir. Göstərilir ki, digər  nöqtələrdə mühitin  qaz konsentrasiyasına  nəzarətin həyata keçirilməsinə  ehtiyac yoxdur. Belə ki, əsas nöqtələrdə nəzarət sensorları quraşdırılır ki, bu da öz növbəsində onların miqdarını minimuma endirir.

_______________________________________

20.12.12.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında  t.e.d., professor Ə.H. Nağıyev  və F.A.Əliyeva “İDARƏETMƏ TƏSİRİ İNTEQRAL MƏHDUDİYYƏTLİ OLDUQDA  BİR STOXASTİK OPTİMALLAŞDIRMA MƏSƏLƏSİNİN HƏLLİ HAQQINDA” mövzusunda məruzə etdilər.

Məlum paylanma funksiyasına malik həyəcanlandırıcı təsirin nəzərə alınması ilə idarəetmə inteqral məhdudiyyətli olduqda optimal idarəetmə məsələsinin bir variantı üçün  həll alqoritmi təklif olunur.  Göstərilir ki, keyfiyyət  və  yetərlilik göstəricilərinin verilmiş çəki əmsalları nisbətinin baxılan period üzrə  sabit saxlanılmasını təmin edən əks rabitə  mexanizminin yaradılması ilə statistik mənada optimallıq əldə edilə bilər. Sonra işdə əks rabitəni həyata keçirən Laqranj funksiyasının sintezinin alqoritmi təklif olunur.

_______________________________________
06.12.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında  f.re.n. Aslan Quliyev "Obrazların tanınması və informasiyaların işlənməsi " şöbəsinin 2016-cı il üçün hesabatını təqdim etdi.

A. Quliyev 2016-cı il ərzində şöbə əməkdaşlarının aldığı nəticələri qeyd etdi. Eyni zamanda qeyd etdi ki, şöbə əməkdaşları müxtəlif beynəlxalq və yerli jurnalların redaksiya heyətində çalışır, institutun elmi şurası və dissertasiya şurasında fəaliyyət göstərirlər.

Şöbənin hesabatı müzakirə olunduqdan sonra səsə qoyuldu və yekdilliklə qəbul olundu.

_______________________________________

29.11.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında  i.e.n. Elnurə Şəfizadə "İqtisadi sistemlərin riyazi modelləşdirilməsi" şöbəsinin 2016-cı il üçün hesabatını təqdim etdi.

O, çıxış edərək şöbə əməkdaşlarının  2016-cı ildə yerinə yetirdikləri işlər, çap olunan məqalələr  və qrantlar haqqında geniş məlumat verdi.

___________________________________

15.11.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında  t.e.d. Mütəllim Mütəllimov "Məlumat Hesablama Sistemləri" şöbəsinin 2016-cı il üçün hesabatını təqdim etdi.

O, çıxış edərək şöbə əməkdaşlarının  2016-cı ildə yerinə yetirdikləri işlər, çap olunan məqalələr  və qrantlar haqqında geniş məlumat verdi.

__________________________________
08.11.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında  f.-r.e.d.  Yusif Gasımov "Tərs məsələlər və qeyri-xətti tənliklər" şöbəsinin 2016-cı il üçün hesabatını təqdim etdi.

Y.S. Qasımov çıxış edərək şöbədə yerinə yetirilən işlər, çap olunan məqalələr  və qrantlar haqqında geniş məlumat verdi.

_________________________________

25.10.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında f.-r.e.n. dos. Nailə Vəliyeva "Üç nöqtəli sərhəd şərtli (daxili və son nöqtələrdə ayrılmayan)  optimal idarəetmə məsələsinin neftin qazlift üsulu ilə çıxarılmasına tətbiqi mövzusunda məruzə etdi.

Üç nöqtəli sərhəd şərtli (daxili və son nöqtələrdə ayrılmayan)  xətti kvadratik optimal idarəetmə məsələsinə baxılıb. Genişlənmiş funksional qurulur və məsələ cəbri xətti tənliklər sisteminə gətirilir. Bu nəticələr proqram trayektoriyası kimi qəbul edilərək, optimal stabilizasiya məsələsi araşdırılır və nəticələr bir misal üzərində illustrasiya olunur.

_________________________________

18.10.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında Aygün Səfərova "Ümumtəhsil məktəblərinin V-VI siniflərində kompyuter vasitəsilə riyaziyyat təliminin təşkili və idarə olunmasımövzusunda məruzə etdi.

Bu bölmənin komputerin imkanlarından istifadə edilərək şagirdlərə öyrənilməsi mexanizmi göstərilir.

_______________________________

11.10.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında f.-r.e.n. dos. S.T.  Hüseynov "Oblastın bir hissəsində müntəzəm cırlaşan p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyimövzusunda məruzə etdi.

İşdə müntəzəm cırlaşan kvazixətti elliptik tənliklər sinfinə baxılır.  Tənliyin mənfi olmayan həlləri üçün Harnak tipli bərabərsizlik isbat olunur. Nəticədə həllin Hölder mənada kəsilməzliyi göstərilir.

________________________________

04.10.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında f.-r.e.d. N. Əliyev "Boruda hərəkəti təsvir edən Rosser tipli tənliklərin həlli üçün qovma üsulumövzusunda məruzə etdi.

Neftin qazlift üsulu ilə istehsalını təsvir edən hiperbolik tənliklər sistemi üçün məsələyə baxılır. Təziq və qaz həcminin sabit ədədə hasilinin  fərqini yeni dəyişənlə ifadə etməklə, əsas tənliklər sistemi elə tip tənliklərə gətirilir ki, uyğun diskretləşmədən sonra Rosser tipli diskret tənlik alınır.

___________________________________

27.09.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında f.-r.e.n. A.P. Quliyev "Neft çıxarmada hidravlik müqavimət əmsalının təyini zamanı tərs məsələmövzusunda məruzə etdi.

Qaz-maye qarışığının qaz-lift prosesi ilə hərəkətində hiperbolik tip tənliklər sistemi üçün sərhəd məsələsinə baxılır. Xüsusi formada götürülmüş sıralar və sərhəd şərtləri (eksponensial xarakterli) olan məsələni uyğun sərhəd şərtləri daxilində alınan analitik formada olan həll qurulur. Bu məsələ üçün qaldırıcıda uyğun statistik ölçmələr nəticəsində alınan verilənlər əsasında tərs məsələyə baxılır. Uyğun kvadratik funksional qurulur və bu  funksionalın minimalaşdırılması nəticəsində hidravlik müqavimət əmsalı tapılır.

_____________________________________

20.09.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında Akademik Fikrət Əliiyev  "Nasos kompressor borularının müxtəlif hissələrində hidravlik müqavimət əmsalının təyin edilmə üsulumövzusunda məruzə etdi.

Qazlift üsulu ilə istismar edilən neft quyularında nasos kompressor borularının müxtəlif hissələrində hidravlik müqavimət əmsalının təyini üçün riyazi model verilir. Modelin giriş və çıxış parametrlərinə nəzərən çoxparametrli optimallaşdırma məsələsi həll edilir.

______________________________________

28.06.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında f.r.e.n. D.A. Əsədova   "Blok strukturlu mürəkkəb diskret sistemlərdə ədədi həll üsullarımövzusunda məruzə etdi.

Blok strukturlu mürəkkəb diskret sistemlərdə ədədi üsulla həllin qurulması məsələsinə baxılır. Bu tipli məsələlərdə adətən dekompozisiya edilməklə həll qurulması göstərilir.

____________________________________

07.06.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında f.r.e.n. R.Y. Şıxlinskaya  "Abşeronda külək enerji qurğularının istehsal etdiyi enerjinin rəqabət qrafiki ilə uyğunlaşdırılmasını öyrənən qeyri-səlis modelmövzusunda məruzə etdi.

Təqdim olunmuş işdə təsadüfi təbiət hadisəsi olan küləyin gücü – qeyri-müəyyən faktorunu qeyri-səlis üsullarla nəzərə alan metod tədqiq edilmiş, külək enerji qurğularının istehsal etdiyi enerjinin istismar qrafiki ilə uyğunlaşdırılması öyrənilmişdir.

________________________________

31.05.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında f.r.e.d. H.T. Arazov  "Dinamik sistemlərin riyazi modelləşdirməsində ortaya çıxan sonsuz kiçik sarsınmaların cəminin spektral analizimövzusunda məruzə etdi.

İşdə günəş sisteminin dinamikası nümunəvi misalda riyazi modelləşdirmələrdə ortaya çıxan sonsuz kiçik  sarsınmaların riyazi analizi verilir.

_________________________________

24.05.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında f.r.e.d. Ə.B. Ramazanov "Diskret arqumentli funksiyaların bükülməsi haqqındamövzusunda məruzə etdi.

Mərüzədə diskret arqumentli funksiyalar üçün tam qəfəslərdə bükülmə anlayışı daxil edilir. Bükülmə terminində qradiyent alqoritminin dayanıqlılığı araşdırılır.

____________________________________

17.05.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında f.r.e.d. A.X.Xanməmmədov "DİSKRET ŞTURM-LİUVİLL TƏNLİYİNİN S-FUNKSİYASI İLƏ ƏLAQƏLİ OLAN BƏZİ TƏNLİKLƏRİN HƏLL OLUNMASImövzusunda məruzə etdi.

Əmsalları yalnız bir tərəfdə səpilmənin varlığını təmin edən diskret Şturm-Liuvill tənliyinə baxılır. Nüvələri S-funksiya ilə təyin olunan tənliklər araşdırılmışdır. Tərs məsələnin əsas tənliyinin birqiymətli həll olunmasını təmin edən teoremlər isbat olunmuşdur.

____________________________________

10.05.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında Atif Namazov "QEYRİ XƏTTİ DİNAMİK SİSTEMLƏR ÜÇÜN İDENTİFİKASİYA MƏSƏLƏSİNİN ASİMPTOTİK ÜSULLA HƏLLİmövzusunda məruzə etdi.

İşdə, identifikasiya məsələsinin həlli  üçün metod verilir. Bu metod vasitəsilə identifikasiya məsələsi optimallaşdırma məsələsinə gətirilir, Kvazixəttiləşdirmə üsulu vasitəsilə verilmiş tənlik xətti diferensial tənliklər sisteminə gətirilir ki, burada koordinat və naməlum parametrin, eləcə də həyəcanlaşmaların əmsalları kiçik parametrlər xətti asılı olur. Daha sonra ən kiçik kvadratlar üsulunun köməyi ilə axtarılan naməlum sabit vektor-parametr kiçik parametrə nəzərən qüvvət sırası şəklində axtarılır və asimptotik təsvir təklif olunur. Qazlift üsulu ilə neft istehsalı zamanı qaldırıcıda hidravlik müqavimət müqavimət əmsalının təyini misalında alınmış nəticələrin I yaxınlaşmada məlum nəticələrlə 10-2 tərtib dəqiqliklə üst-üstə düşdüyü nümayiş etdirilir. Məsələnin həll alqoritmi verilir.

_________________________________________

03.05.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında r.f.d., Şakir Şıxı oğlu Yusubovun riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Kəsilən əmsallı sistemlərin tədqiqi və onların optimal idarəetmə məsələlərinə tətbiqləri” mövzusunda dissertasiyanın müzakirəsi keçirildi.

______________________________________

26.04.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında r.e.d. Nihan Əliyev “Törəməsinin tərtibi kəsilməz dəyişən tənlik üçün Koşi və sərhəd məsələlərinin həlli” mövzusunda məruzə etdi.

Törəməsinin tərtibi kəsilməz dəyişən tənliklər üçün invariant funksiya V. Volterra funksiyasıdır. Belə ki, kəsr tətrib törəmə üçün invariant funksiya Mittaq-Leffler funksiyası, adi additiv törəmə üçün isə Eylerin  ex funksiyasıdır.

İnvariant funksiyanın köməyi ilə verilmiş tənliyin ümumi həlli qurulur. Bu həlldən Koşi və sərhəd məsələlərinin həlləri alınmış olur. Baxılan tənlik sabit əmsallı, adi xətti, bircins diferensial tənlikdir.

_____________________________________

12.04.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında D. R. Bayqereyev (Ust-Kameneqorsk, Qazaxıstan) "Qlobal təzyiq, doyma və temperatur dəyişənlərinə nəzərən üç fazalı qeyri izotermik süzülmə məsələsi üçün sərfəli şəbəkə sxemi" və А.К. Тurarov (Ust-Kameneqorsk, Qazaxıstan) "Qazlift prosesinin çoxfazalı dinamik modelinin ədədi həlli" mövzusunda məruzə etdilər.

Birinci məruzədə kapilyar qüvvələri nəzərə almaqla üçfazalı qarışmayan mayenin qeyri izotermik süzülməsi məsələsinə baxılır. İlkin Masket-Leverett modelinin tənlikləri temperatur doyma və “qlobal” təzyiqə nəzərən dörd tənlikdən ibarət sistemə gətirilmişdir. Aprior qiymətləndirmə üsulu ilə sonlu ferqlər sxemləri tədqiq olunmuşdur. Model məsələləri həllərinin nəticələri təqdim olunmuşdur.

İkinci məruzədə qazlift quyusunda birölçülü modelə baxılır. Qazlift hadisəsinin birölçülü ədədi modeli verilir, belə ki, qazlift quyusunda hərəkət xüsusi törəməli hiperbolik tip diferensial tənlik vasitəsi ilə təsvir edilir. Qaz, maye və qaz-maye qarışığı fazalarının sərhəddində sıxlaşan qeyri müntəzəm adaptasiya olunmuş, şəbəkədə sonlu şərtlər sxemi işlənmişdir.

__________________________________

05.04.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında r.f.d., dosent  Yaqub Şərifov   "İmpuls təsirli qeyri lokal sərhəd şərtli q- fərq tənliklərinin tədqiqi" mövzusunda məruzə etdi.

İmpuls təsirli qeyri-lokal şərtli qeyrixətti  tənliklər sisteminə baxılacaqdır.  Müəyyən şərtlər daxilində həllin varlığı və yeganəliyi üçün kafi şərtlər tapılmışdır. Alınan nəticələr məlum nəticələrlə müqayisə edilmişdir.

_____________________________________

29.03.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında i.f.d. Elnurə Şəfizadə   "Azərbaycanda sənaye istehsalının təhlili və ekonometrik modeli" mövzusunda məruzə etdi.

İşdə Azərbaycanda sənaye istehsalının 1990-2014-cü illərin statistik göstəriciləri əsasında iqtisadi təhlili aparılmışdır. Sənaye istehsalının həcminin asılı olduğu parametrlər müəyyənləşdirilmiş və 2005-2014-cü illərin statistik göstəriciləri əsasında ekonometrik model qurulmuşdur.

____________________________________

15.03.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında r.f.d. Aslan Quliyev  "Hiperbolik sistem üçün bir sərhəd məsələsinin Tezlik-zaman üsülu vasitəsi ilə həlli" mövzusunda məruzə etdi.

Xüsusi törəməli hiperbolik tip differensial tənliklər vasitəsilə Qaz-lift prosesinin hərəkətini təyin edən sərhəd məsələsinə baxılıb. Debiti və  təzyiqi  hesablamaq üçün analitik formul alınmış Eksponensial şəkildə sərhəd fumksiyası sabit olan halda hidravlik müqavimət əmsalı təyin olunur.

_______________________________________

01.03.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında r.f.d. Nəvazi İsmayılov  "Qazlift quyularının statistik məlumatlarının işlənməsi" mövzusunda məruzə etdi. İnformasiyanın, yəni hər hansı eksperiment zamanı aparılan müşahidələr (uzun və ya qısa zaman intervalında) əldə edilmiş və ya toplanmış statistik göstəricilərin (riyazi hesablamaların tətbiqində, iqtisadiyyatda, geologiyada, tibb elmlərində, neftçıxartma sənayesində və s.)  kompyuter texnologiyaları vasitəsiilə işlənməsi üçün yeni riyazi metod və alqoritmlərin yaradılması müasir riyazi statistikanın əsas elementlərindən biridir. Müasir riyazi statistikanın işlənməsində əsas ideya əldə edilmiş və ya toplanmış resurslardan tam və effektiv istifadə etməkdir.

___________________________________

23..02.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında r.e.d. Həsənbəy Arazov  "Dinamiki sisteminin riyazi modelləşdirilməsində ortaya çıxan xaos və sərhəd qiymətlərinin analizi" mövzusunda məruzə etdi. Məruzədə dinamiki sistemlərin riyazi modelləşdirilməsi zamanı ortaya çıxan sonsuz kiçik sarsınmaları cəminin tədqiqi verilir.

______________________________
16.02.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında r.e.d. Yusif Qasımov  "Pauli operatorunun məxsusi ədədləri üçün bəzi ekstremal məsələlər" mövzusunda məruzə etdi. Məruzədə Pauli operatorunun məxsusi ədədləri üçün bəzi ekstremal məsələlərə baxılır. Bu operatorun birinci məxsusi ədədi üçün oblasta nəzərən minimallaşdırma məsələsi tədqiq edilir.

__________________________________

09.02.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında k.e.i. Atif Namazov "DİNAMİK SİSTEMLƏRDƏ HİDRAVLİK MÜQAVİMƏT ƏMSALININ TAPILMASI ÜÇÜN İDENTİFİKASİYA MƏSƏLƏSİNİN HƏLLİ" mövzusunda məruzə etdi. İşdə, identifikasiya məsələsinin həlli  üçün metod verilir. Bu metod vasitəsilə    identifikasiya məsələsi optimallaşdırma  məsələsinə gətirilir, sonra kvazi xəttiləşdirmə metodundan istifadə edərək həll edilir. Alınan nəticələr neft borularında hidravlik müqavimət əmsalının  təyini məsələsinin həllinə tətbiq edilir. Məsələnin həll alqoritmi verilir.

__________________________________

26.01.2016-cı il tarixində saat 1000-da İnstitutun  seminarında Etibar Sədi oğlu Pənahovun «Diferensial operatorlar üçün spektral və potensial nəzəriyyənin bəzi tərs məsələləri və onların tətbiqləri» mövzusunda 1214.01 – Dinamik sistemlər və optimal idarəetmə ixtisası üzrə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirildi.

________________________________

19.01.2016 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarda t.e.d. Mütəllim Mütəllimov  "Çoxnöqtəli sərhəd şərtli optimal idarəetmə məsələsinin həlli üçün qovma alqoritmi" mövzusunda məruzə etdi.

Çoxnöqtəli sərhəd şərtli optimal idarəetmə məsələsinin həlli üçün qovma alqoritmi təklif olunur. Bu alqoritmə görə şoxnöqtəli sərhəd şərti başlanğıc şərtə gətirilir. Oxşar alqoritm diskret halda da təklif olunur.

_________________________________

12.01.2016 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarda Rəşad Tağıyev "Boruda hərəkəti təsvir edən Rosser tipli tənliklərin həlli üçün qovma üsulu" mövzusunda məruzə etdi.

Neftin qazlift üsulu ilə istehsalını təsvir edən hiperbolik tənliklər sistemi üçün məsələyə baxılır. Təziq və qaz həcminin sabit ədədə hasilinin  fərqini yeni dəyişənlə ifadə etməklə, əsas tənliklər sistemi elə tip tənliklərə gətirilir ki, uyğun diskretləşmədən sonra Rosser tipli diskret tənlik alınır.

__________________________________

22.12.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarda İstitutun kiçik elmi işçisi N.Ş. Hüseynovanın "Elementar zərrəciklərlə bağli modellər və onlarin idarə edilməsi" mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi.

__________________________________

15.12.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun illik hesabatını təqdim etmək üçün İnstitutun direktor müavini  f.r.e.n. N.İ. Vəliyevaya söz verdi.  Nailə  Vəliyeva 2015-ci ildə İnstitutda görülən işlər haqqında  ətraflı məlumat verdi.  İnstitut əməkdaşları çıxış edərək öz fikir və təkliflərini bildirdilər. Elmi Şura üzvlərinin səsverməsi ilə hesabat qənaətbəxş hesab olundu.

____________________________________

08.12.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarda f.r.e.n., dos. R.H. Həmidov “Qərar qəbuletmənin bir məsələnin reduksiyası” mövzusunda məruzə etdi. Məruzədə qərar qəbuletmə məsələsində mümkün variantlar çoxluğu M-matrisli xətli bərabərsizliklərlə təqdim olunduqda böyük ölçülü məsələnin daha kiçik ölçülü məsələyə gətirilməyin yolları araşdırılır.

______________________________________

01.12.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun "Obrazların tanınması və informasiyaların işlənməsi " şöbəsinin illik hesabatını təqdim etmək üçün şöbə müdiri r.f.d. Aslan Quliyevə söz verdi.  2015-cü ildə şöbərdə görülən işlər haqqında  ətraflı məlumat verildi. Alınan uğurlu nəticələr qeyd edildi. İnstitut əməkdaşları çıxış edərək öz təklif və iradlarını bildirdilər.

_______________________________________

24.11.2015 tarixində İnstitutun növbəti seminarında“Tərs məsələlər və qeyri-xətti tənliklər” və “Sistemli analizin riyazi məsələləri”  şöbələrinin 2015-ci il üçün illik hesabatının müzakirəsi  keçirildi. Direktor müavini  f.-r.e.n., dos. H.S. Axundov hesabat vermək üçün sözü “Tərs məsələlər və qeyri-xətti tənliklər”şöbəsinin müdiri f.-r.e.d  Y.S.Qasımova verdi.  Y.S. Qasımov çıxış edərək şöbədə yerinə yetirilən işlər və qrantlar haqqında geniş məlumat verdi. Növbəti hesabatı dinləmək üçün söz  "Sistemli analizin riyazi məsələləri” şöbəsinin müdiri f.-r.e.n. N.A. İsmayılova verildi. 2015-cü ildə şöbədə görülən işlər haqqında  ətraflı məlumat verildi. Alınan uğurlu nəticələr qeyd edildi. İnstitut əməkdaşları çıxış edərək öz təklif və iradlarını bildirdilər. Hər bir hesabat müzakirə olunduqdan sonra səsə qoyuldu və yekdilliklə qəbul olundu.

________________________________

17.11.2015 tarixində keçirilən seminarda seminarın sədri Akademik F.Ə. Əliyev “Iqtisadi sistemlərin riyazi modelləşdirilməsi” şöbəsinin elmi işçisi i.f.d. E.R. Şəfizadəyə söz  verdi.  E.R. Şəfizadə il ərzində şöbə əməkdaşlarının aldığı nəticələri qeyd etdi. Eyni zamanda qeyd etdi ki, şöbə əməkdaşları müxtəlif beynəlxalq və yerli jurnalların redaksiya heyətində çalışır, institutun elmi şurası və dissertasiya şurasında fəaliyyət göstərirlər.

Şöbənin hesabatı müzakirə olunduqdan sonra səsə qoyuldu və yekdilliklə qəbul olundu.

_______________________________

10.11.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun "Məlumat hesablama sistemləri" və "Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər" şöbələrinin illik hesabatlarını təqdim etmək üçün şöbə müdirləri t.e.d. M. Mütəllimov və  f.r.e.d. H..Arazova söz verdi. 2015-cü ildə şöbələrdə görülən işlər haqqında  ətraflı məlumat verildi. Alınan uğurlu nəticələr qeyd etdi. İnstitut əməkdaşları çıxış edərək öz təklif və iradlarını bildirdilər.

__________________________________

03.11.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Bildiyimiz kimi, akademik Fikrət Əliyev oktyabrın 28-də Almatı şəhərində (Qazaxıstan) Thomson Reuters Agentliyi tərəfindən keçirilən “Biliklərə əsaslanan iqtisadiyyat və elmdə innovasiyalar”   beynəlxalq konfransında  “Elmi jurnalların beynəlxalq səviyyəyə çatdırılması” mövzusunda məruzə etmişdir.  Fikrət Əliyev həmin tədbir haqqında seminar iştirakçılarına ətraflı məlumat verdi.

Daha sonra institutun dissertantı A.M.Səfərova "Ümumtəhsil məktəblərinin  V-VI siniflərində kompyuter vasitəsilə riyaziyyat təliminin təşkili və idarə olunması üzrə işin sistemi" mövzusunda  məruzə etdi.

________________________________

20.10.2015 tarixində keçirilən seminarda k.e.i. Atif Namazov "Dinamik sistemlərdə hidravlik müqavimət əmsalinin tapilmasi üçün identifikasiya məsələsinin asimptotik üsulla həlli" mövzusunda  məruzə etdi.

İşdə, identifikasiya məsələsinin həlli  üçün metod verilir. Bu metod vasitəsilə identifikasiya məsələsi optimallaşdırma  məsələsinə gətirilir, sonra kvazi xəttiləşdirmə metodundan istifadə edərək həll edilir. Alınan nəticələr neft borularında hidravlik müqavimət əmsalının  təyini məsələsinin həllinə tətbiq edilir. Məsələnin həll alqoritmi verilir.

_______________________________

13.10.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarda İnstitutun direktoru akademik Fikrət Əliyev   "Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında" mövzusunda  məruzə etdi. O çıxışında Thomson Reuters (TR) Agentliyinin Biliklər Bazası, bu bazanın imkanları, həmçinin bazaya daxil olan elmi jurnalların seçilmə meyarları haqqında ətraflı çıxış etdi.

Daha sonra Yavuz Selim Tuncun "Sıçrayışlı semi-markov dolaşma prosesinin sərhəd funksionallarının paylanmasının tədqiqi" mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi.

_________________________________

06.10.2015 tarixində  İnstitutun növbəti  seminarda İnstitutun dissertantı Rəşad Tağıyev "Qazlift prossesində  hərəkəti təsvir  edən Rosser tipli diskret   tənliyin  tapılması" mövzusunda  məruzə etdi.

Halqavari fəzada və qaldırıcıda neft istehsalının qazlift prosesinə uyğun qaz və maye qaz qarışığının hərəkətini təsvir edən birinci tərtib ikiölçülü hiperbolik tənliklər sistemi üçün sərhəd məsələsinə baxılmışdır. Fərz olunur ki, halqavari fəzanın sonundan qaldırıcının başlanğıcına qədər hərəkət uyğun impuls sisteminin köməyi ilə təsvir edilir. Ümumi hərəkət diferensial və ya  fərq tənliklər sistemi ilə təsvir olunur.

______________________________

29.09.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarda f.r.e.n. Aslan Quliyev "1-ci  tərtib  kvazixətti  xüsusi  törəməli  tənliyin  həlli  üçün  ədədi-analitik üsul" mövzusunda  məruzə etdi.

Kvazixətti  1-ci  tərtib  xüsusi  törəməli  differensial  tənliyini  qovma  üsulunun  köməyi  ilə həlli  qurulur.  Xarakteristik  üsulunun  köməyi  ilə verilən  tənliyin  həlli qeyri-aşkar  cəbri  münasibətdən  tapılır.  Xüsusi  halda  başlanğıc  şərt sabit  olan  halda  analitik  həll  qurulur.

________________________________

5.09.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarda f.r.e.d. Rauf Cəfərov, t.e.d. Mütəllim Mütəllimov "Kvant sahə nəzəriyyəsi və modellərində Landau polyusu problemi: N.N. Boqolyubovdan bu günlərimizədək" mövzusunda  məruzə etdi.

Işdə elementar zərrəciklər fizikasının riyazi aparatı olan kvant sahə nəzəriyyəsi və modellərində Qrin funksiyalarında yaranan qeyri-fiziki polyusların (Landau polyusları) ixtisar olunması reseptləri müzakirə olunur.

_____________________________

30.06.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarda  f.r.e.n., R.H. Həmidov "Kəsr-xətti proqramlaşdırmanın ikikriteriyalı məsələsində qərar qəbuletmə" mövzusunda  məruzə etdi.

Təqdim olunan işdə ikikriteriyalı kəsr-xətti proqramlaşdırma məsələsinə baxılır. Pareto sərhəddinin qurulması üsulu və Pareto sərhəddində son kompromis həllin axtarılması alqoritmi təklif olunur. Axtarış qərar qəbul edən şəxsdən alınan əlavə informasiya əsasında həyata keçirilir.  Daha sonra qərar qəbuletmə prosesinin böyük ölçülü məsələlərə tətbiqinin mümkün olması üçün ayrılış sxemi təklif olunur. Təklif olunan üsulun yerinə yetirilməsi gedişinin qrafik təsviri verilir.

_____________________________

23.06.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Bəzi identifikasiya məsələlərinin həll üsulu" mövzusunda seminar keçirilib. Seminarda Akademik Fikrət Əliyev məruzə edib.

Verilən başlanğıc və sərhəd şərtləri daxilində qeyri-xətti adi törəməli tənlilər sisteminin sağ tərəfinə daxil olan parametrlərin təyini ilə bağlı tərs məsələyə baxılır. Məsələnin həlli kvadratik funksionalın minimallaşdırəılmasına gətirilir.

Kvazi xəttiləşdirmə metodundan istifadə etməklə baxılan məsələnin həll üsulu təklif edilir.  Misal kimi borularda mayenin hərəkəti zamanı hidravlik müqavimət əmsalının təyini məsələsinə baxılır.

____________________________

02.06.2015 tarixində  İnstitutun növbəti seminarı keçirildi. Seminarda  f.r.e.d., professor Fəda Rəhimov "Bir tərtibli avtoreqression proseslə təsvir olunan təsadüfi dolaşmanın sərhəd funksionallarının limit paylanması" mövzusunda  məruzə etdi.

İşdə bir tərtibli avtoreqression proseslə təsvir olunan təsadüfi dolaşmanın xətti sərhədli birinci dəfə kəsmə anlar ailəsi üçün inteqral limit teoremi isbat edilir.

______________________________

26.05.2015 tarixində  Institutun doktorantı f.r.e.n., dosent Əli Ramazanovun "Diskret strukturlarda qradiyent tipli alqoritmlərin xətasının keyfiyyət araşdırılması və bəzi qarışıq məsələlər" mövzusunda doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirildi.  Doktorant ətraflı məruzə etdi və məruzədən sonra verilən suallara ətraflı cavab verdi. İnstitutun genişlənmiş  elmi şurasının qərarı ilə təqdim olunmuş dissertasiya işi qənaətbəxş hesab edildi.

________________________________

05.05.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "İki Sobolev bərabərsizliyi haqqında" mövzusunda seminar keçirilib. Seminarda f.r.e.n. Şərif Nəsibov məruzə edib.

İşdə iki Sobolev bərabərsizliyi arasındakı əlaqələrə baxılıb. Bu bərabərsizliklərdə iştirak edən sabitlərin dəqiq qiymətləri hesablanıb və onlar arasında münasibət müəyyən edilib.

______________________________

28.04.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Neft çıxarılmasında hərəkəti təsvir edən xüsusi törəməli hiperbolik tip tənliklər sisteminin həlli üçün qovma alqoritmi" mövzusunda seminar keçirilib. Seminarda akademik Fikrət Əliyev məruzə edib.

Qazlift üsulu  neft çıxarılmasının modelləşdirilməsi zamanı meydana gələn xüsusi törəməli xətti hiperbolik diferensial tənliklər sistemi üçün başlanğıc  məsələyə baxılır.  Məsələnin həlli üçün qovma üsulu təkif olunur. Həll olunması tələb olunan iki diferensial tənlikdən biri klassik, kvazixətti xüsusi törəməli tənlik, digəri isə xətti birinci tərtib xətti adi diferensial tənlikdir.  Sonuncunun əmsalları uyğun başlanğıc şərti ilə birinci tənliyin həllindən asılıdır. Həllər oblastını müntəzəm şəbəkəyə bölərək məsələnin həlli üçün iki şablondan istifadə edilir. Bu hər zaman layında fundamental həllərin köməyi ilə xətti adi diferensial tənliyi həll etməyə imkan verir.  Sonra uyğun fərqlər sxeminin köməyi ilə ilkin hiperbolik tənliyin həlli qurulur. İlkin  verilənlərin sabit olduğu misalda həllin məlum həllərlə üst-üstə düşdüyü göstərilir.

__________________________________

14.04.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Qeyri-məhdud oblastda soliton dalğaların sürətinin təyin edilməsi məsələsinin ədədi həlli" mövzusunda seminar keçirilib. Seminarda Bayramova Nigar Vəli qızı məruzə edib.

İşdə maye ilə dolmuş məsaməli mühitlərdə soliton dalğaların sürətinin tapılması məsələsinə baxılıb. Saliton dalğaların yayılması məsələsi qeyri-məhdud oblastda sərhət məsələsinə gətirilir. Məsələyə maye ilə doymuş qum mühitində və maye ilə doymuş daşlı mühitdə baxılır. Nəticələr məhdud oblastdakı bərabərölçülü şəbəkə halının analoji nəticələri ilə müqayisə olunur.

____________________________________

07.04.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Toda zənciri üçün pilləvari başlanğıc verilənlərə malik olan Koşi məsələsi" mövzusunda seminar keçirilib. Seminarda f.r.e.d. A. X. Xanməmmədov məruzə edib.

Toda zənciri üçün Koşi məsələsinə baxılır. Başlanğıc verilənlər solda sıfra, sağ tərəfdə isə sıfırdan fərqli ədədlərə yığılır. Bu halda köməkçi spektral məsələdə yalnız bir tərəfdə səpilmə olur. Həllin varlığı və yeganəliyi isbat olunmuş, həllin tapılması üçün alqoritm verilmişdir.

___________________________________

31.03.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Çıxışa görə xətti-kvadratik optimal tənzimləyicinin həlli üçün sadələşdirilmiş alqoritm" mövzusunda seminar keçirilib. Seminarda Akademik F.Ə. Əliyev  və f.r.e.n. H.Ə. Səfərova məruzə edib.

İşdə çıxışa görə xətti-kvadratik optimal tənzimləyici məsələsinə baxılır. Göstərilir ki, məsələnin həlli xüsusi hal kimi stoxastik ekvivalentlik prinsipinin nəticələrindən alınır. Bunun əsasında müvafiq matris cəbri Rikkati və Lyapunov tənliklərini həll etməyi tələb edən tənzimləyicinin qurulması üçün ədədi alqoritm təklif olunur. Alqoritmin sadəliyi konkret misallarla şərh olunur.

_____________________________

17.03.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Neft hasilatında hərəkəti təsvir edən hiperbolik tənliklər sisteminin həlli üçün qovma üsulu" mövzusunda seminar keçirilib. Seminarda f.r.e.n A. P. Quliyev məruzə edib.

Neftin qazlift üsulu ilə  hasilatının modelləşdirilməsində qarşıya çıxan birtərtibli xüsusi törəməli differensial tənliklər sistemi üçün başlanğıc məsələsinə baxılır.  Arqumentlərin yerini dəyişməklə zamana görə yeni başlanğıc məsələsi alınır ki, bu da əvvəlcədən verilmiş məsələyə ekvivalentdir.

Qaz və ya qaz maye qarışığındakı təzyiqin (koordinatlardan asılı olaraq) uyğun qazın həcmindən asılılığı xətti funksiya kimi axtarılır (qovma üsulu). Göstərilir ki, bu funksiyanın əmsalları iki differensial tənliyin köməyi ilə tapılır.Onlardan birincisi xüsusi törəməli klassik kvazixətti tənliyin, ikincisi isə adi differnsial tənliyin həlləridir. Xüsusi törəməli kvazixətti tənlik üçün uyğun  Koşi məsələsinin həlli tapılır.  Sadə misalda başlanğıc verilənlər sabit olan halda göstərilir ki, tapılan həll əvvəlcədən  məlum olan həllə üst-üstə düşür.

________________________________

10.03.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Polimer-seqnetopyezoelektrik kompozitlərdə sinergetik effekti" mövzusunda seminar keçirilib. Seminarda professor Mirzə Əbdül oğlu məruzə edib.

İlk dəfə polimer-seqnetopyezokeramika kompozitlərdə sinergetik effekti müşahidə olunmuşdur. Bu effektin mahiyyəti ondan ibarətdir ki, Polimer-pyezokeramika kompozitində pyezomodulun qiyməti komponentlərin uyğun parametrindən böyükdür. Effektin mümkün modeli verilmişdir. Adekvat riyazi modelinin qurulması və hesabatı xüsusi əhəmiyyət kəsb edir.

________________________________________

03.03.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Bir sinif müntəzəm cırlaşan elleptik tənliklərin həllərinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi" mövzusunda seminar keçirilib. Seminarda f.r.e.n. Sarvan Hüseynov məruzə edib.

İşdə bir sinif müntəzəm cırlaşan model elleptik tənliklərə baxılır. Çəki funksiyasının A2-Makenhaupt şərtin ödəməsi tələb olunur. Bır sıra Çəkili Sobolev bərabərsizlikləri və həllin ossilyasiyası haqqında teorem isbat olunur. Nəticədə tənliyin həllinin Hölder mənada kəsilməzliyi göstərilir. Bundan əlavə tənliyin mənfi olmayan həlləri üçün də Harnak bərabərsizliyi isbat olunur.

______________________________________

24.02.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Potensiala  nəzərən bir tərs məsələnin ədədi həll alqoritmi" mövzusunda seminar keçirilib. Seminarda İnstitutun kiçik elmi işçisi Nərgiz Hüseynova məruzə edib. Dalğa tənliyi variasiya formasına gətirilərək analitik həll olunmuş və funksionalın qradiyenti üçün analitik ifadə alınmışdır. Həmçinin potensiala nəzərən tərs məsələ həll edilərək optimal potensial üçün analitik ifadə tapılmış, ədədi həll alqoritmi verilmişdir. Alınan nəticələr xarici sahələrdə, xüsusilə  xarici  maqnit sahəsində  dalğa tənliklərinin analitik və ədədi həllərinin tapılması, onların əsasında  kvant ədədlərindən asılılığını  müəyyənləşdirən optimal həllərin qurulmasında istifadə olunur.

_______________________________________

17.02.2015 tarixində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda "Operator-differensial tənliklər üçün bəzi sərhəd məsələlərinin həll olunması" mövzusunda seminar keçirilib. Seminarda İnstitutun aparıcı elmi işçisi, professor Sabir Mirzəyev məruzə edib.

Məruzədə elliptik tip operator-differensial tənliklər üçün qoyulmuş bir sıra sərhəd məsələlərinin korrekt həll olunma şərtlərinin tapılması, bu şərtlərin Kolmoqorov tipli bərabərsizliklərlə əlaqəsi göstərilir. Bu bərabərsizliklərin abstrakt Sobolev tipli fəzalarda alınması üçün alqoritm verilir. Bu bərabərsizliklərin dəqiq qiymətini almaq üçün parametrdən asılı polinomların faktorizasiyası haqqında teoremlər isbat edilir. Bunlardan istifadə edib operator-diferensial tənliklərin requlyar həll olunması üçün kafi şərtlər tapılır, kifayət qədər geniş həll olunma sinifləri müəyyən olunur. Bunlar uyğun operator dəstələrin məxsusi və qoşma elementlər sisteminin çoxqat tamlığı haqqında, onların minimallığı haqqında teoremlər və elementar həllərin izlər fəzasında tamlığını və minimallığını təmin edən şərtlər göstərilir.

____________________________________

10.02.2015

F.r.e.n.,  professor K.Q. Həsənov "Naqilin istilikkeçirmə prosesində optimal idarəetmə məsələsinə moment probleminin tətbiqi".

Naqilin istilik keçirmə prosesi üçün optimal idarəetmə məsələsinə baxılır. Müəyyən verilmiş anda naqilin temperaturasını və müəyyən bir funksionalın minimumunun tapılması məsələsinə gətirilir. Bu problemin həlli Moment programı vasitəsi ilə öyrənilir.

______________________________________________

27.01.2015

F.r.e.n Ə. B. Ramazanov "Qradiyent alqoritmin xətasinin və dayaniqliğinin Jordan-Dedekind strukturlarinda araşdirilmasi".

Məruzədə tərtib-qabarıq funksiyaların Jordan-Dedekind strukturlarında maksimallaşdırma məsələsinə baxılır. Bu məsələ üçün qradiyent alqoritmin əvvəlki xətaları dəqiqləşdirən  və inkişaf etdirən aposterior qarantiyalı xətası alınmışdır. Qarantiyalı xəta terminində qradiyent alqoritmin dayanıqlığı isbat edilmişdir. Həmçinin qradiyent həllin optimallığı üçün kafi şərt verilmişdir.


F.r.e.n.   A.P.  Quliyev  “Xüsusi törəməli Hiperbolic tip differensial tənliyin həlli üçün qovma üsulu” .

Qaz lift üsulu vasitəsi ilə neft hasilatının modelləşdirilməsi üçün xüsusi törəməli hiperbolic tip differensial tənliyin başlanğıc şərt daxilində olan məsələyə baxılır.  Qovma üsulu vasitəsilə verilmiş məsələ qeyri-xətti Rikkati tip və I tərtip adı differensial tənliyə gətirir. Başlanğıc şərti sabit olan halda alınan həllin əvvəlcə məlum olan sıra üsulu ilə alınan həllə üst-üstə düşdüyünü sadə misalla göstərilmişdir.

______________________________________

13.01.2015

Mövzu: Çıxışa görə diskret periodik sistemlər üçün optimal stabilləşdirilmə məsələsinin iterativ həll alqoritmi.

Məruzəçi: f.r.e.n. N.I. Vəliyeva

İşdə çıxışa görə diskret periodik optimal tənzimləyicinin qurulması üçün iterativ həll alqoritmi verilmişdir. Burada başlanğıc həll cərimə fuknsiyası metodundan istifadə edilərək seçilir. Nəticə misalla şərh olunur.

________________________________________

06.01.2015

Mövzu: NEFT HASİLATINDA QAZLİFT PROSESİ ÜÇÜN  ADEKVAT ROSSER MODELİNİN QURULMASI ALQORİTİMİ.

Məruzəçi: Tağıyev Rəşad

Halqavari fəzada və qaldırıcıda neft istehsalının qazlift prosesinə uyğun qaz və maye qaz qarışığının hərəkətini təsvir edən birinci tərtib ikiölçülü hiperbolik tənliklər sistemi üçün sərhəd məsələsinə baxılmışdır. Fərz olunur ki, halqavari fəzanın sonundan qaldırıcının başlanğıcına qədər hərəkət uyğun impuls sisteminin köməyi ilə təsvir edilir. Ümumi hərəkət diferensial və ya  fərq tənliklər sistemi ilə təsvir olunur, onu fərq tənliklər sistemi ilə yazmaq tövsiyyə olunur. Ona görə də müntəzəm fərq sxemindən istifadə edərək, Rosser modelini qurarkən, göstərilir ki, sistemə daxil olan həyacanlanma uyğun xətti cəbri tənliklər sistemindən təyin olunur. Göstərilir ki, Rosser modelinə daxil olan sabit sərhəd verilənləri halında həyacanlanma iştirak etmir. Verilən hal üçün həllin analitik təsviri alınmış, göstərilmişdir ki, bölgələrin uzunluğu sıfra yaxınlaşdıqda alınan nəticələr kəsilməz haldakı nəticələrlə üst-üstə düşür.

__________________________________________

İnstitutun illik hesabatı

16.12.2014 tarixdə  İnstitutun növbəti seminarı keçirildi. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun illik hesabatını təqdim etmək üçün İnstitutun elmi katibi  f.r.e.n. N.Ə. Səfərovaya söz verdi.  Nərgiz Səfərova 2014-cü ildə İnstitutda görülən işlər haqqında  ətraflı məlumat verdi. Alınan uğurlu nəticələri qeyd etdi. İnstitut əməkdaşları çıxış edərək öz fikir və təkliflərini bildirdilər. Elmi Şura üzvlərinin səsverməsi ilə hesabat qənaətbəxş hesab olundu.

____________________________________

09.12.2014

Mövzu: Müasir Helikopterlərin  riyazi modelləri və uyğun məsələlərin həll alqoritmlərinin işlənməsi problemləri.

Məruzəçi: Salehov Adil, Hətəmxanov Abbas

Müasir helikopterlərin riyazi modellərinin qurulması və pərlərinin dayanıqlıq məsələlərinin həlli haqqında alqoritmlər təklif olunur. Konkret model məsələlərində şərhlər verilir.

___________________________________

02.12.2014

Mövzu: Ayrılmamış nöqtəvi və inteqral şərtlərlə verilmiş  sərhəd məsələlərin ədədi həlli üçün yanaşma və onun bəzi sinif məsələlərə tətbiqi.

Məruzəçi: f.-r.e.n., dosent V. Abdullayev

İş qeyri-lokal şərtlərlə verilmiş sərhəd məsələlərinin ədədi həll üsulları və onlarla  əlaqəli  bəzi tərs və optimal idarəetmə məsələlərinin ədədi həllinin tətbiqinə həsr olunmuşdur.  Ayrılmamış nöqtəvi və inteqral şərt­lərlə verilmiş adi diferensial tənliklər sistemi üçün ədədi həll üsulu təklif olunmuş və təklif olunan üsulun xüsusi törəməli tənliklərə nəzərən sərhəd məsələlərinin həllinə tətbiqi verilmişdir. Ayrılmamış nöqtəvi və inteqral şərt­lərlə verilmiş optimal idarəetmə məsələsi tədqiq olunmuş, optimallıq üçün zəruri şərtlər alınmışdır. Məsələnin ədədi həlli üçün işdə alınmış funksionalın qradiyentinin düsturundan və təklif olunan yanaşmadan istifadə etməklə birinci tərtib optimallaşdırma üsulu tətbiq olunmuşdur.  Həmçinin  ayrılmamış nöqtəvi və inteqral şərt­lərlə verilmiş yüklənmiş  diferensial tənliklərə  nəzərən sərhəd və optimallaşdırma məsələlərinə baxılmışdır. Parabolik və hiperbolik tip tənliklərlə nəzərən qeyri-lokal (inteqral) şərtli məsələlər ilə əlaqəli olan bir sinif tərs məsələlərin ədədi həlli tədqiq olunmuşdur.  Baxılan  tərs məsələlərinin yanaşma təklif olunmuşdur. Ədədi eksperimentlər aparılmış və alınan nəticələrin təhlili aparılmışdır.

___________________________________

Şöbələrin illik hesabatı

25.11.2014 tarixdə  İnstitutun növbəti seminarı keçirildi.  Seminarda  İnstitutun "Tərs məsələlər və qeyri-xətti tənliklər" və "Obrazların tanınması  və informasiyaların işlənməsi" şöbələrinin illik hesabatı dinlənildi. Şöbə müdirləri r.e.d. Y.S. Qasımov  və r.f.d. A.P. Quliyev  2014-cü ildə şöbələrdə görülən işlər haqqında  ətraflı məlumat verdilər. Alınan uğurlu nəticələr qeyd edildi və gələcəkdə görüləcək işlər müzakirə olundu.

____________________________________

İlkin Müzakirə

18.11.2014 tarixdə  İnstitutun növbəti seminarı keçirildi.  Seminarda  Tətbiqi Riyaziyyat və Kibernetika fakultəsinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının doktorantı Haşemi Mehrdad Mircəlal oğlunun 3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisasından texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Qaz-lift prosesində optimal həllərin qurulması üçün paralel alqoritmlərin işlənməsi" mövzusunda  dissertasiya işinin müzakirəsi keçirildi.

___________________________________________

Dissertasiya işinin müzakirəsi

11.11.2014 tarixdə  İnstitutun növbəti seminarı keçirildi.  Seminarda Sumqayıt Dövlət Universitetinin dosenti Valeh Azad oğlu Mustafayevin 1203.01-Kompüter elmləri ixtisasından  texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi "Petri şəbəkələri nəzəriyyəsinin tətbiqi ilə modelləşdirilmənin avtomatlaşdırılması" dissertasiya işinin müzakirəsi keçirildi.

Dissertasiyada ənənəvi, zaman, rəngli, cəbri, stoxastik, qeyri-səlis, stoxastik cəbri, qeyri-səlis cəbri Petri şəbəkələrinin tətbiqi ilə mürəkkəb və qeyri-səlis şəraitdə fəaliyyət göstərən dinamik əlaqəli proseslərin modelləşdirilmənin avtomatlaşdırılması məsələsinə baxılmışdır. Bu məqsədlə mürəkkəb və qeyri-səlis  şəraitdə fəaliyyət göstərən dinamik əlaqəli proseslərin modelləşdirilməsinin müasir vəziyyətinin təhlili aparılaraq, problemin həllini çətinləşdirən səbəblər müəyyən edilmişdir.

___________________________________

Şöbələrin illik hesabatı

04.11.2014 tarixdə  İnstitutun növbəti seminarı keçirildi.  İnstitutun "Sistemli analizin riyazi məsələləri" şöbəsinin illik hesabatını şöbə müdiri r.f.d. N.A. Ismayılov  təqdim etdi.  O, 2014-cü ildə şöbədə görülən işlər haqqında  ətraflı məlumat verdi. Alınan uğurlu nəticələr qeyd edildi və gələcəkdə görüləcək işlər müzakirə olundu.

__________________________________

Şöbələrin illik hesabatı

28.10.2014 tarixdə  İnstitutun növbəti seminarı keçirildi.  İnstitutun "Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemləri" şöbəsinin illik hesabatını şöbə müdiri f.r.e.d. H..Arazov təqdim etdi.  O, 2014-cü ildə şöbədə görülən işlər haqqında  ətraflı məlumat verdi. Alınan uğurlu nəticələr qeyd edildi və gələcəkdə görüləcək işlər müzakirə olundu.

______________________________

Şöbələrin illik hesabatı

21.10.2014 tarixdə  İnstitutun növbəti seminarı keçirildi. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun "Məlumat hesablama sistemləri" şöbəsinin illik hesabatını təqdim etmək üçün şöbə müdiri t.e.d. M. Mütəllimova söz verdi.  O, 2014-cü ildə şöbədə görülən işlər haqqında  ətraflı məlumat verdi. Alınan uğurlu nəticələri qeyd etdi. İnstitut əməkdaşları çıxış edərək öz təklif və iradlarını bildirdilər.

__________________________________

Şöbələrin illik hesabatı

14.10.2014 tarixdə  İnstitutun növbəti seminarı keçirildi. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun "Iqtisadi sistemlərin riyazi modelləşdirilməsi" şöbəsinin illik hesabatını təqdim etmək üçün elmi işçi,  r.f.d E.R. Şəfizadəyə söz verdi.  Elnurə Şəfizadə  2014-cü ildə şöbədə görülən işlər haqqında  ətraflı məlumat verdi. Alınan uğurlu nəticələri qeyd etdi. İnstitut əməkdaşları çıxış edərək öz təklif və iradlarını bildirdilər.

_______________________________________

30.09.2014

Mövzu: Dinamik sistemlərdə parametrlərin təyini ilə bağli  identifikasiya məsələsi.

Məruzəçi: k.e.i. Atif Namazov

İşdə identifikasiya məsələsinin həlli  üçün metod verilir. Bu metod vasitəsilə identifikasiya məsələsi çoxparametrli optimizasiya məsələsinə gətirilir,  sonra kvazixəttiləşdirmə metodundan istifadə edərək həll edilir. Alınan nəticələr neft borularında hidravlik müqavimətin təyini məsələsinin həllinə tətbiq edilir. Həll alqoritmi verilir  və misallar üzərində araşdırmalar aparılır.

______________________________________

23.09.2014

Mövzu: Dinamik sistemlərin riyazi modelləşdirilməsində kiçik sarsınmaları cəminin təsirlərinin analizi.

Məruzəçi: f.r.e.d. H.T. Arazov

İşdə stasionar peyklərin hərəkətlərinə başlanğıc şərtlərlə üç tərpənməz mərkəz  modelinin həlləri arasında yaranan kiçik sarsınmalar cəminin təsirləri analiz edilir.

____________________________________

16.09.2014

Mövzu: Nasos avadanlıqlarının etibarlığının təhlili və qiymətləndirilməsi əsasında quyuların işinin texniki-iqtisadi göstəricilərinin artırılması.

Məruzəçi: AMEA-nın Geologiya və Geofizika İnstitutunun dissertantı, Qazaxıstan Respublikasının Ş.Yesenov adına Xəzər Dövlət Texnologiyalar  və Mühəndislik Universitetinin baş müəllimi  Karajanova Maral Koylibayevna

Iş  "Qeyri-müəyyənlik nəzərə alınmaqla texnoloji qərarların qəbulu əsasında mürəkkəbləşmiş şəraitdə quyuların istismarının etibarlılıq və effektivlik göstəricilərinin artırılması məsələsinə həsr olunub.

Seminarda iştirak edən AMEA-nın müxbir üzvləri prof. Qalib Əfəndiyev prof. Qərib Calalov iş haqqında müsbət fikirlərini qeyd etdilər.

_________________________________

09.09.2014

Mövzu: İnternet mağazanın gəlirinin maksimallaşdırılmasının qeyri-səlis modeli.

Məruzəçi:  r.f.d. Şəfizadə E.R.

İşdə qeyri-səlis aparatın tətbiqi ilə virtual biznesdə gəlirin maksimallaşdırılmasının iqtisadi-riyazi modelinə baxılmışdır. Məhsulun qiyməti qeyri-səlis göstərici kimi götürülür və bu əsasda internet mağazanın gəlirinin maksimallaşdırımasının qeyri-səlis modeli qurulur. Bu model əsasında gəlirin maksimallaşdırılması uyğun xətti proqramlaşdırma məsələsinə gətirilir. Bu məsələnin həllində əsas ideya qeyri-səlis ədədlərin müəyyən addımla -səviyyəyə bölünməsidir. Sonra qeyri-səlis analizin tətbiqi ilə alınan nəticələrin klassik üsulla alınan nəticələrdən daha yaxşı olması göstərilir.

_____________________________

24.06.2014

Mövzu: Qazlift qaldırıcısının səmərəliliyinə qaz-maye sisteminin reofizik xassələrinin  təsirinin tədqiqi

Məruzəçi: Məmmədova Yevgeniya Vladimirovna

Dissertasiya işinin müzakirəsi.

___________________________________

10.06.2014

Mövzu: XAOSUN İDARƏ OLUNMASI VƏ MÜXTƏLİF SAHƏLƏRƏ TƏTBİQİ

Məruzəçi:  f.-r.e.d, ELMAN MƏHƏMMƏD ŞAHVERDİYEV

Məruzədə xaos haqqında ümumi məlumatdan sonra xaosun idarə olunması problemlərindən bəhs edilir. Vurğulanır ki, bu elm sahəsi nisbətən gəncdir (21 yaş) və son illər daha sürətlə inkişaf edərək dissiplinlər arası bir sahəyə cevrilməkdədir.

Qeyd olunur ki, xaosun idarə olunması xaotik dinamikanın stasionar, periodik, kvaziperiodik rejimə və ya bu prosesin əksini özündə ehtiva edir; iki və ya daha çox xaotik sistemlərin sinxronlaşması da belə idarəetmənin üsullarından biridir.

Məruzədə daha sonra əsasən müəllifin aldığı nəticələrdən bəhs edilir. Göstərilir ki, bu nəticələr proqnozlaşdırmada, informasiya mübadiləsi zamanı məxfiliyin artırılmasında, kompakt və daha sürətli kompyuterlərin yaradılmasında, sistemlərlin fəaliyyətinin optimallaşdırılmasında, stabil və güclü lazer mənbələrinin yaradılmasında, epidemik xəstəliklərin yayılmasının qarşısının alınmasında, yüksək sürətli wi-fi sistemlərində, distant security scan məsələlərində və sair istifadə oluna bilər.

________________________________

27.05.2014

Mövzu: Neft çıxarmada hiperbolik tip xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələsinin sıralar üsulu ilə həlli.

Məruzəçi:  r.f.d. Nihan Əliyev

Qazlift prosesi üçün riyazi modelə baxılır və sıralar üsulu vasitəsi ilə analitik həll qurulur. Xüsusi misallarla riyazi modelin təcrübə ilə adekvat olduğu göstərilir.

_____________________________

20.05.2014

Mövzu: Qeyri-səlis aparatın köməyi ilə virtual biznesdə iqtisadi-riyazi modelin qurulması.

Məruzəçi:  r.f.d. Şəfizadə E.R.

________________________

13.05.2014

Mövzu: Günəş küləyinin fiziki modelinin qurulmasında mövcud olan riyazi problemlər  haqqında

Məruzəçi: AMEA-nın müxbir üzvü Namiq Cəlilov

Kosmik eksperimentlərdən yaxşı məlumdur ki, Günəşdən arasıkəsilmədən ətraf fəzaya qaynar plazma kütləsi axır. Bu axın (Günəş küləyi) 75-90 Günəş radiusu məsafəsinə qədər yayılaraq Heliosferı yaradır. Bütün planetlər, o cümlədən Yer kürəsi Heliosferin içərisində yerləşir. Buna görə də Heliosferin daxilindəki fiziki şərait, onun dəyişkənliyi birbaşa Yerdə eko və bio-sistemlərin qərarlaşması və  mövcud olması üçün əsas şərt rolunu oynayır. Bu məsələnin aktuallığı kosmik eranın başlaması ilə Günəş-Yer əlaqələri fizikasını sürətlə inkişafına səbəb oldu. Burada əsas məqsəd Günəşdə gedən fiziki proseslər nəticəsində küləyin generasiyası mexanizminin başa düşülməsi, onun dinamik yayılması, Yerin maqnitopauzasına təzyiqi və Yer atmosferində bununla bağlı bir sıra mühüm fiziki proseslərin baş verməsinin öyrənilməsidir. Günəş küləyinin mövcud olan modelləri müşahidə olunan bir sıra mühüm parametrləri izah etmir. Bu modellər plazmanın anizotropluğunu nəzərə almırlar.

Anizotrop plazma üçün maqnit-hidrodinamik yaxınlaşmada köçürmə tənlikləri əsasında Günəş küləyinin yeni modeli irəli sürülür. Nəzərdə tutulur ki hissəciklərin sürətlənmə mexanizmi plazmada yaranan irimiqyaslı dalğa turbulensiyası və dayanıqsızlıqları ilə bağlı olmalıdır. İlkin addım kimi Günəşin ekvator müstəvisindən radial olaraq stasionar axına baxılır. Fırlanma nəzərə alınmır. Tənliklər sistemi bu halda kifayət qədər sadələşsə də bəzi riyazi problemlər üzə çıxır. Bu problemlərin mümkün həll yolları müzakirə ediləcəkdir.

________________________

06.05.2014

Mövzu: İkitərtibli hiperbolik tənliklər üçün idarəetmənin bəzi məsələləri

Məruzəçi: Cabbarova Könül Şamil qızı

Dissertasiya işinin müzakirəsi keçirildi.

__________________________

29.04.2014 tarixdə  İnstitutun növbəti seminarı keçirildi. Seminarda AMEA-nın müxbir üzvü Ramiz Qurbanov iştirak edirdi.

Mövzu: Texnoloji proseslərin səmərəliliyini artırmaq məqsədi ilə neftlərin termodinamiki xassələrinə sub və superkritik qazların təsirinin tədqiqi.

Məruzəçi: Əliyev Elşən Nəcəfəli oğlu

Dissertasiya işinin müzakirəsi keçirildi.

_____________________________________

22.04.2014

Mövzu: Müəssisənin maliyyə fəaliyyətinin intellektual təhlili.

Məruzəçi: Qasımov Bayram

Dissertasiya işinin müzakirəsi keçirildi.

__________________________________

15.04.2014

Mövzu: Qazlift  üsulunda  nasos  kompressor  borularinda    hidravlik   müqavimət  əmsalinin  təyini   üçün  asimptotik  üsul.

Məruzəçi: k.e.i Atif Namazov

İşdə, hidravlik müqavimət əmsalının təyin olunması üçün asimptotik üsul təklif  olunur, həll alqoritmi verilir (diskret və kəsilməz hallar) və misallar üzərində araşdırmalar aparılır.

_________________________________

08.04.2014

Mövzu: Çoxgirişli, çoxçixişli optimal sintez məsələlərinin həlli üçün yüksək dəqiqlikli “tezlik” alqoritmlərinin işlənməsi.

Məruzəçi: Ağamalıyeva L.F.

Dissertasiya işinin müzakirəsi.

___________________________________

01.04.2014

Seminarda İnstitut əməkdaşlarının 2010-2013 iller ərzində impakt faktorlu jurnallarda çap olunm uş  məqalələrinin  müzakirəsi keçirildi.

__________________________________________

18.03.2014

Mövzu: Sərhəd idarəetməli periodik optimallaşdırma məsələsi.

Məruzəçi: Muxtarova N.S.

Məruzədə sərhəd idarəetməli periodik optimallaşdırma məsələsinin həlli alqoritmi nəzərdən keçirilir, burada obyektin hərəkət tənliyi qeyri-xətti adi diferensial tənliklər sistemi vasitəsilə təsvir olunur. Verilmiş məsələnin optimal həllinin tapılması üçün iki üsul-Eyler və kvazixəttiləşmə üsullarından istifadə olunur. Nəticələr konmkret misal üzərində illüstrasiya olunur və qurulmuş riyazi modelin adekvatlığını göstərir.

________________________________________________

11.03.2014

Mövzu: Əsas texnoloji göstəricilərin diaqnostikası və tənzimlənməsi nəticəsində istismar quyularının effektivliyinin artırılması.

Məruzəçi: Rafiq Xəlil oğlu Əsgərov

Dissertasiya işinin müzakirəsi.

Təqdim olunan dissertasiya işində ikifazalı sistemlərin çox mürəkkəb şəraitdə həcmi  qazsaxlama əmsalının böyük qiymətlərində hərəkəti öyrənilir. Bir çox tədqiqat işlərini analiz edərək laboratoriya şəraitində verilmiş diapazonda hidrodinamik tədqiqatlar aparılmışdır. Bunun əsasında riyazi modelləşdirməni əsas tutaraq hərəkət tənliyi verilmişdir.

____________________________________________

04.03.2014

Mövzu: Kollektiv qərar qəbuletmənin bəzi praktiki  məsələləri.

Məruzəçi: f.r.e.n. Həmidov R.Q

Kollektiv fəalliyyətdə qərar qəbuletmə prosesinin təşkilində qarşıya çıxan bəzi məsələlərin şərhi və onların müzakirəsi.

_______________________________

25.02.2014

Mövzu: Mayenin hərəkətinin makrohissəciklər sisteminin axını kimi təsviri.

Məruzəçi: Elxan Səbziyev (AMEA-nın Kibernetika İnstitutu)

Məruzə mayelərin qərarlaşmamış axınının təsvirinə həsr olunmuşdur. Axının modelləşdirməsi zamanı Laqranj yanaşması tətbiq olunmuşdur. Belə ki, axın ayrı-ayrı hissəciklərin birgə hərəkəti kimi baxılmış, hissəciklərin bir-biri ilə informasiya mübadiləsinin strukturu təklif verilmişdir. Təklif olunmuş modelin ədədi həll alqoritmi işlənmiş və bir-neçə sadə hal üçün axının kompüter simulyasiyası realizə olunmuşdur.

______________________________

18.02.2014

Mövzu: Dəyişənlərinin bir hissəsi tam qiymətlər alan bəzi xətti proqramlaşdırma məsələlərinin tədqiqi və həll üsullarının işlənməsi.

Məruzəçi: Məmmədov Kamal Knyaz oğlu

Dissertasiya işinin müzakirəsi.

___________________________

11.02.2014

Mövzu: Böyük ölçülü optimal idarəetmə məsələlərinin həlli üçün yüksək dəqiqlikli alqoritmlər və onlarin qazlift prosesinə tətbiqi.

Məruzəçi: Malik Allahverdi oğlu Namazov

İşdə qazlift prosesini riyazi təsvir edən optimal idarəetmə məsələsinə baxılır. Adekvat həllin alınması üçün ikiölçülü məsələyə baxılır ki, bu da proqram trayektoriya və idarəedicinin fəza görünüşlərini verir. Sonlu fərqlər üsulundan istifadə edilməklə məsələ diskret xətti-kvadratik idarəetmə məsələsinə gətirilir və onun üçün ədədi alqoritm hazırlanır.

_______________________________

28.01.2014

Mövzu: Qeyri-səlis aparatın köməyi ilə virtual biznesdə iqtisadi-riyazi modelin qurulması.

Məruzəçi: f.r.e.n. E.R. Şəfizadə

________________________________

21.01.2014

Mövzu: Neftin çıxarılması zamanı yaranan hiperbolik tənliklər sistemi üçün sərhəd məsələsinin həllində sıra üsulu.

Məruzəçi: f.r.e.n. Aslan Quliyev

________________________________

14.01.2014

Mövzu: İstehsal sifarişlərinin təyinatinin bir məsələsində qərar qəbuletmə.

Məruzəçi: f.r.e.n. Rəfael Həmidov

Təqdim olunan işdə sifarişlərin kollektivin subyektləri arasında təyinatı və bölüşdürülməsi məsələsinə baxılmışdır. Tam gəlirin maksimallaşdırılması məsələsi kimi tanınan Markovits  modeli əsasında kollektivin fəaliyyətinin təşkili üçün qərar qəbuletmə alqoritmi verilmişdir.

_________________________________

17.12.2013 tarixdə  İnstitutun genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclasda Elmi hesabatların müzakirəsi zamanı fakultə (ETİ) Elmi Şura iclaslarında  iştirak etmək üçün  yaradılmış komissiyanın fizika-riyaziyyat  və təbiət elmləri üzrə sədri prof. M.İ. Çıraqov və komissiyanın üzvü  prof. Ə.M. Əhmədov iştirak etdilər. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun illik hesabatını təqdim etmək üçün sözü İnstitutun Elmi katibi  f.r.e.n. N.Ə. Səfərovaya verdi.  Nərgiz Səfərova 2013-cu ildə İnstitutda görülən işlər haqqında  ətraflı məlumat verdi. Alınan uğurlu nəticələri qeyd etdi. İnstitut şöbə müdirləri  r.ü.e.d. Y. Qasımov, r.ü.e.d. A. Niftiyev, r.ü.e.d. H. Arazov, r.ü.f.d. N. İsmayılov  çıxış edərək hesabat  haqqında fikirlərini və təkliflərini bildirdilər. Prof. M.İ. Çıraqov və prof. Ə.M. Əhmədov çıxış edərək İnstitutda 2013-cü ildə görülmüş işləri yüksək  qiymətləndirdilər. Genişləndirilmiş Elmi Şura  səsvermə yolu ilə 2013-cü il üçün  İnstitutun hesabatını qənaətbəxş olması haqda qərar qəbul etdi.  Akademik Fikrət Əliyev sonda qonaqlara və İnstitutun əməkdaşlarına təşəkkür etdi və perspektiv planlardan danışdı.

____________________________________

10.12.2013-

Seminarda İnstitutun direktoru Akademik Fikrət Əliyev 2013-cü il üçün illik hesabatını təqdim etdi. Çıxışında  Fikrət Əliyev elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verdi. Daha sonra “Sistemli analizin riyazi məsələləri” şöbəsinin müdiri f.r.e.n. N. İsmayılov“Obrazların tanınması və informasiyaların işlənməsi” şöbəsinin müdiri f.r.e.n R. Əfəndiyev şöbələrin  2013-cü il üçün   illik elmi hesabatını təqdim etdilər.  Hesabatlar  geniş müzakirə  olunaraq  qənaətbəxş hesab edildi.

________________________________________

03.12.2013

Seminarda Ruhiyye Zamanovanın "Paylanmış  parametrli bəzi sistemlərdə idarə məsələsinin həlləri çoxluğunun xassələri və həm adi, həm də ümumiləşmiş idarələrin optimallığı üçün zəruri şərtlər" mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi.

Daha sonra İnstitutun "Məlumat hesablama sistemləri", "Tərs məsələlər və qeyri-xətti tənliklər", "Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər" şöbələrinin 2013-cü il üçün illik hesabatı dinlənildi. Hesabatları şöbə müdirləri r.ü.f.d., M.M. Mütəllimov, r.ü.e.d. Y.S. Qasımov və r.ü.e.d. H.T. Arazov təqdim etdilər.

________________________________

26.11.2013

Mövzu: Çoxgirişli, çoxçixişli optimal sintez məsələlərinin həlli üçün yüksək dəqiqlikli “tezlik” alqoritmlərinin işlənməsi.

Məruzəçi: Ağamalıyeva Lətifə

Dissertasiya işinin müzakirəsi.

______________________________

19.11.2013

Mövzu: MARKOV ZƏNCİRİNİN TRAYEKTORİYALARI İLƏ TƏSVİR OLUNAN TƏSADÜFİ DOLAŞMALAR ÜÇÜN BƏZİ QEYRİ-XƏTTİ SƏRHƏD MƏSƏLƏLƏRİNİN TƏDQİQİ

Məruzəçi: Fuad Əzizov

Dissertasiya işinin müzakirəsi.


________________________________

12.11.2013

Mövzu: Şredinger tənliyinin Mayninq Rozen pilus Rinq Şaped potensialları üçün  analitik həlli.

Məruzəçi: Hüseynova Nərgiz


Baxılan işdə Şredinger tənliyi Mayninq Rozen pilus Rinq Şaped potensialları üçün orbital kvant ədədinin itiyari qiymələrində Nikiforov-Uvorov metodunu tətbiq etməklə analitik şəkildə həll edilir. Tədqiq olunan kvant mexanikası sisteminin enerjisi və məxsusi funksiyası üçün analitik ifadələr alınmışdır.

_______________________________

05.11.2013

Mövzu: Qeyri-səlis elliptik tip tənliyin həllinin varlığı

Məruzəçi: f.-r.e.d Niftiyev A.A

__________________________________

22.10.2013

Mövzu: Alternativ enerji mənbələri üzrə monitorinq sisteminin riyazi modellər və informasiya texnologiyaları əsasında qurulması

Məruzəçi: Professor Nuru Səfərov


Azərbaycanda hal-hazırda alternativ energetikanın inkişafı məqsədi ilə energetik parametrləri qiymətləndirmək üçün qlobal kompüter şəbəkəsinin yaradılması zamanın tələbindən irəli gəlir. Qlobal kompüter şəbəkəsinin yaradılmasında əsas məqsəd Azərbaycanın müxtəlif bölgələri üzrə bütün növ alternativ enerji mənbələri haqqında məlumat toplanmasıdır. Bu isə öz növbəsində geniş miqyasda dolğun energetik xəritələrin tərtib olunmasında əvəzolunmaz metod deməkdir.

Qlobal kompüter şəbəkəsinin yaradılmasında yenilik energetik problemlərin həllində operativ analiz və vaxtında proqnozlaşma baxımından Azərbaycan ərazisinin müxtəlif xarakterik nöqtələrindən kifayət qədər götürülmüş göstəricilərin toplanmasını, işlənməsini və operativ şəklidə onlara nəzarətdən ibarətdir.

Qeyri-stasionar istismar şəraitində inkişaf edən obyektlərin riyazi təminatına diqqət yetirmək lazımdır. Dəyişən fiziki parametrlərin ölçülməsi məsələsində də fiziki proseslərin modelləşməsi aktualdır. Obyektin halının dəyişməsi xarici mühitin təsiri altında baş verir. informasiya texnologiyaları tətbiq olunmaqla monitorinq sisteminin işlənib hazırlanması dəqiq informasiyanın əldə olunmasında effektiv sistemin yaradılmasına xidmət edəcəkdir. Monitorinq sisteminin yaradılması həm də əks əlaqəni təmin edəcək və nəticələrə nəzarət edir; proqramı korrektə etmək üçün çevik informasiya alır.

_______________________________

17.09.2013

İnstitutun direktoru Akademik Fikrət Əliyev əməkdaşları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi və  "Qazlift quyularında hidravlik müqavimətin hesablanması ilə bağlı tərs məsələlərin həlli" mövzusunda məruzə etdi.

Seminarda Azərbaycan Neft Akademiyasının professorları iştirak etdi.

_____________________________________________

11.06.2013- cü il tarixdə İnstitutun növbəti seminarı keçirildi.

Mövzu: FL münasibətlər əsasında tanıma sisteminin işlənməsi və təhlili.

Məruzəçi: AMEA-nın Kibernetika İnstitutunun dissertantı Rzayeva Ülviyyə

İşdə təbii dil əsasında tanıma üsulu təqdim edilib ki, bu üsul vasitəsilə FLb -də linqvistik sintaqmaların xüsusi sinfi müəyyən olunur. İşdə informativ  əlamətlərin birləşməsinin modelləşdirilməsi metodu təqdim olunub.

__________________________________

14.05.2013- cü il tarixdə İnstitutun növbəti seminarı keçirildi. Seminarda İnstitut əməkdaşlarının 2012-ci il üçün elmi  nəticələrinin müzakirəsi keçirildi.  Universitetin bal cədvəli əsasında aşağı bal toplamış əməkdaşların gördüyü işlər müzakirə olundu və  gələcəkdə elmi nəticələrin daha da yüksəldilməsi üçün təkliflər verildi. Akademik Fikrət Əliyev şöbə müdirlərinə az bal toplamış əməkdaşlarla individual söhbətlərin aparılmasını tapşırdı.

___________________________

07.04.2013

Mövzu: Neftin mərkəzi natamam  quyuya qərarlaşmamış süzülməsi

Məruzəçi: f.r.e.n. Babanlı Vahid

Neft layında məsaməliliyin relaksasiyalı xassəsinin neft çıxarmaya təsiri tədqiq edilir. Belə şəraitdə bircins mayenin (neftin) sabit qalınlıqla dairəvi üfiqi layda açılışına görə natamam mərkəzi quyuya süzülməsi araşdırılır.

_____________________________

23.04.2013

Mövzu: İki-nöqtəli və inteqral sərhəd şərtli qeyri-xətti impulsiv diferensial tənliklərin həllinin varlığı və yeganəliyi.

Məruzəçi: dosent Şərifov Yaqub

İşdə iki nöqtəli və interval sərhəd şərtli qeyri-xətti impulsiv diferensial tənliklərin həllinin varlığı və  yeganəliyi məsələsi tədqiq edilmişdir. Həllin varlığını və yeganəliyini təmin edən kafi şərtlər tapılmışdır. Əsas nəticəni nümayiş etdirmək üçün misala baxılmışdır.

________________________________

19.03.2013

Mövzu: “Requlyar olmayan  matris polinomların faktorizasiyasının simvol hesablamalarla həll  alqoritmi”

Məruzəçi:  f.r.e.n. Vəliyeva N.İ., Ağamalıyeva L.F.

İşdə MATLAB Symbolic Tollbox proqramlar paketindən istifadə edərək requlyar olmayan matris polinomun faktorizasiyasının həll alqoritmi təklif olunur. Həmçinin simvol hesablamalardan istifadə edərək polinomların bölünməsi proqramı da əlavə olunub. Təklif olunan alqoritm məsələnin yüksək dəqiqliklə həllini tapmağa imkan verir.

_______________________________

12.03.2013

Mövzu: Xətti tənliklər sistemi üçün bir paralel həll üsulu

Məruzəçi: Haşemi Mehrdad Mircəlal oğlu

Seminarın mövzusu xətti tənliklər sistemindən ibarət olan məsələnin paralel bir alqoritm vasitəsi ilə həll olunmasına həsr edilmişdir. Bu növ məsələlərin nə qədər aktual olduğunu və elmin müxtəlif sahələrində tətbiq hallarının çoxalmasını nəzərə alaraq, bir çox paralel və qeyri-paralel həll yolları təklif olunmuşdur. Seminarda çox prosessorlu sistemlər üzərində paralel proqramlaşdırma metodlarından istifadə edərək, xətti tənliklər sisteminin daha optimal bir həll üsulu müzakirə ediləcəkdir.

____________________________________

05.03.2013

Mövzu: Qeyri müntəzəm cırlaşan 2-ci tərtib divergent formalı parabolik tənliklər üçün Dirixle məsələsi

Məruzəçi:  f.r.e.n. S.T.Hüseynov

_________________________________

26.02.2013-cü il tarixdə İnstitutun növbəti seminarı keçirildi. İnstitut əməkdaşları Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq şəhidləri bir dəqiqəlik sükutla yad etdilər.

Mövzu: “Xüsusi törəməli diferensial tənliklərlə təsvir olunan qaz-lift prosesinin hərəkət tənliyinin həll alqoritminin qurulması

Mərüzəçi:  f.r.e.n. Quliyev Aslan

Qaz-lift prosesinin hiperbolik tip xüsusi törəməli differensial tənliklər vasitəsilə təsvir olunan modelinə baxılır. Burada vurulan qazın həcmini və debiti təyin edən analitik formula alınır. Eyni zamanda konkret misalların köməyi ilə alınan analatik və fərqlər sxemi müqayisə edilir.

______________________________________

18.02.2013-cü il tarixdə İnstitutun “Nobel Oil” şirkəti ilə  birgə seminarı keçirildi.

Mövzu: “Qazlift prosesinin idarə olunması və riyazi modelinin qurulması: nəzəriyyədən praktikaya”

Mərüzəçi: f.r.e.n. İsmayilov Nəvazi

Təqdim olunan işdə uyğun olaraq qazın boru arxasında və neftin qaldırıcıda hərəkətini təsvir edən riyazı modeli qurulur. Başlanğıc verilənlərə görə qazliftin idarə olunması məsələsinə baxılır. İlk dəfə olaraq qazlift məsələsinin həlli üçün “minimax” məsələsinə baxılır.  Layda hərəkətin xəttiləşdırılməsi üçün identifikasiya məsələsi həll edilir.

----------------------------------------------------

12.02.2013

Mövzu: Qarşılıqlı borcların (Debitor-Kreditor) ləğvinin effektiv alqoritmləri

Mərüzəçi: AMEA Kibernetika İnstitutunun ”Sosial-iqtisadi proseslərin modelləşdirilməsi” laboratoriyasının rəhbəri, i.e.d., professor Yadulla Həsənli


Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatların qarşılıqlı borcları (debitor-kreditor) təhlil edilmişdir. Keyns nəzəriyyəsinin anlayışlarına uygun olaraq ödəniləbilən borc funksiyası, borc ləğvinə meylilik və borc ləğvinin multiplikatoru anlayışları daxil edilərək qiymətləndirmələr aparılmışdır.  Qarşılıqlı borclar matris şəkilində yazılaraq borc matrisinin bir sıra maraqlı xassılıri göstərilmişdir.

Qarşılıqlı borcları ləğv edilməsinin effektiv alqoritmləri işlənmişdir (”Kredit təkanı” və “İmtina təkanı” üsulları).

İşlənmiş ”Kredit təkanı” üsulunun I alqoritminin ilkin mərhələsində qarşılıqlı borcların tamamilə ləğv edilməsi üçün tələb olunan minimum vəsaitin həcmi müəyyənləşdirilir və həmin vəsait borc subyektləri (məsələn, firmalar, təşkilatlar və ya ölkələr ola bilər) arasında bölünür. Sonrakı mərhələnin addımlarında borc subyektlərinə paylanmış vəsaitlər effektiv şəkildə borcların (kreditor borcların) ödənilməsinə yönəldilərək borcların tamamilə ləğvinə nail olunur. “İmtina təkanı” üsulu ”Kredit təkanı” üsulunun qoşmasıdır. Qarşılıqlı borc matrisi transponirə olunduqdan sonra tətbiq olunan I alqoritm borclardan  (debitor borclardan) imtina olunmasının effektiv traektoriyasını əks etdirməklə qaşçılıqlı borcların tamamilə ləğvinə nail olunur. Qeyd edək ki, ”Kredit təkanı” üsulunda qarşılıqlı borclar tamamilə ləğvi üşçün tələb olunan vəsaitin həcmi “İmtina təkanı” üsulundakı qarşılıqlı borcların tamamilə ləğvi üçün zəruri olan borclardan imtinanın həcminə bərabər olur.  Qeyd edək ki, ilkin kreditin və ya ilkin im­ti­nanın miqdarı zəruri həcmdə olmadıqda, borclar ta­mamilə ləğv olunmasa da xeyli azaltmaq mümkündür. Bu ikinci alqoritm vasitəsilə həyata keçirilir.

İşlənmiş  II alqoritm vasitəsilə qarşılıqlı borclar qismən ləğv edilir, daha doğrusu ixtiyari M ( miqdarda vəsaitin qarşılıqlı borcların maksimum hansı miqdarda ləğv olunmasının sə­mə­rə­li trayektoriyası tapılır. II alqoritmin nə­ti­cə­sin­də həmçinin M-miqdarda ilkin ”kredit”in sonda hansı subyektə qayıdacağı  da tapılır.

İşlənmiş III alqoritm əvvəlcə müəssisələr arasında qar­şı­lıqlı zaçot (məqbul) aparır və borcların hansı miq­dar­da azalacağı göstərilir. Daha sonra isə I al­qo­ritm­lə (tamamilə ləğv etmə) və ya II alqoritmlə (qismən ləğv etmə) tətbiq edilir. Ümumiyyətlə II və III alqoritmləri I alqoritmin modifikasiyaları hesab edilə bilər.

______________________________

05.02.2013

Mövzu: Azərbaycan Universitetlərinin Elmi Və Elmi-Pedaqoji Uğurlarinin Qiymətləndirilməsinə Ekspert-Statistik Yanaşma

Məruzəçi:t.e.n., dos. S.Ə.ŞABANOV

Dünya universitetlərinin elmi uğura görə qiymətləndirilməsi təcrübəsi araşdırılmışdır. Azərbaycan universitetlərinin reytinq cədvəllərini qurmaqdan ötrü elmi-pedaqoji uğur kriterisi təklif edilmiş, kriterinin komponentləri formalaşdırılmış, alimlər arasında anketləşdirmə üsulu ilə rəy sorğusu aparılmış və alınmış nəticələr statistik emal edilərək bunun əsasında müvafiq komponentlərin çəki əmsalları hesablanmışdır. Web of Knowledge bazası və AR Təhsil nazirliyinin “Elm” şöbəsindən alınmış məlumatlar araşdırılmaqla Azərbaycan universitetlərinin elmi və elmi-pedaqoji uğur kriterilərinə görə reytinq cədvəlləri tərtib edilmişdir.

___________________________________

15.01.2013  tarixdə  İnstitutun növbəti seminarı keçirildi. İclasın sədri akademik Fikrət Əliyev İnstitutumuzda qonaq olan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin İdarə Heyətinin üzvü, Sakarya Universitetinin professoru Murat Tosunu məruzə etmək üçün dəvət etdi. Əvvəlcə prof. Murat Tosun Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəaliyyəti, gələcəkdə görüləcək işlər barəsində məlumat verdi. Daha sonra "P-Kompleks müstəvidə Eyler-Savari formulu" mövzusunda məruzə etdi. O, seminar iştirakçılarının suallarına ətraflı cavab verdi.

-----------------------------

08.01.2013  tarixdə  İnstitutun növbəti seminarı keçirildi. Seminarda  İnstitutun  2013-cü il üçün  iş planının müzakirəsi keçirildi. Şöbə müdirləri f.r.e.d. A. Niftiyev, f.r.e.d. Y. Qasımov, f.r.e.n. M. Mütəllimov, f.r.e.n. N. İsmayılov, f.r.e.n. R. Əfəndiyev şöbələrinin iş planını  təqdim etdilər. Akademik Fikrət Əliyev və İnstitut əməkdaşları mövzular haqqında irad və təkliflərini bildirdilər. 2013-cü ilin iş planı təsdiq edildi.

__________________________________________

18.12.2012 tarixdə  İnstitutun genişləndirilmiş Elmi Şurasının iclası keçirildi. İclasda Universitetin Elm İdarəsinin rəisi prof. İ. Əfəndiyeva, Elmi hesabatların müzakirəsi zamanı fakultə (ETİ) Elmi Şura iclaslarında  iştirak etmək üçün  yaradılmış komissiyanın fizika-riyaziyyat  və təbiət elmləri üzrə sədri prof. M.İ. Çıraqov və komissiyanın üzvü  prof. Ə.M. Əhmədov iştirak etdilər. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun illik hesabatını təqdim etmək üçün sözü İnstitutun direktor  müavini f.r.e.n. N.İ. Vəliyevaya verdi.  Nailə Vəliyeva 2012-cu ildə İnstitutda görülən işlər haqqında  ətraflı məlumat verdi. Alınan uğurlu nəticələri qeyd etdi. İnstitut əməkdaşlarından f.r.e.n. M.Mütəllimov, f.r.e.d. S. Mirzəyev, f.r.e.d. Y.Qasımov çıxış edərək hesabat  haqqında fikirlərini və təkliflərini bildirdilər. Prof. M.İ. Çıraqov və prof. Ə.M. Əhmədov çıxış edərək İnstitutda 2012-ci ildə görülmüş işləri yüksək  qiymətləndirdilər. Genişləndirilmiş Elmi Şura  səsvermə yolu ilə 2012-cu il üçün  İnstitutun hesabatını qənaətbəxş olması haqda qərar qəbul etdi.  Akademik Fikrət Əliyev sonda qonaqlara və İnstitutun əməkdaşlarına təşəkkür etdi və perspektiv planlardan danışdı.

27.11.2012

Seminarda Akademik Fikrət Əliyev 2012-ci il üçün   illik elmi hesabatını təqdim etdi. Çıxışında  Fikrət Əliyev elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verdi.  Genişləndirilmiş elmi şura onun hesabatını qənaətbəxş hesab etdi.

Daha sonra “Sistemli analizin riyazi məsələləri” şöbəsinin müdiri f.r.e.n. N. İsmayılov“Obrazların tanınması və informasiyaların işlənməsi” şöbəsinin müdiri f.r.e.n R. Əfəndiyev şöbələrin  2012-ci il üçün   illik elmi hesabatını təqdim etdilər.  Hesabatlar  geniş müzakirə  olunaraq  qənaətbəxş hesab edildi.

20.11.2012

Seminarda "Məlumat - hesablama sistemləri" şöbəsinin müdiri  f.-r.e.n. M. Mütəllimov"Tərs məsələlər və qeyri-xətti tənliklər" şöbəsinin müdiri  f.-r.e.d. Y. Qasımov şöbələrin  2012-ci il üçün   illik elmi hesabatını təqdim etdilər.  Hesabatlar  geniş müzakirə  olunaraq  qənaətbəxş hesab edildi.

 

13.11.2012

Mövzu: Koşi-Riman tənliyi üçün sərhəd məsələsinin Fredholmluğuna Karleman şərtinin təsiri.

Мəruzəçi:  prof. Aliev Nihan, f.r.e.n. Mustafayeva Yelena

Məqalə birinci tərtib elliptik tip tənlik üçün sərhəd məsələsinin Fredholmluğuna Karleman şərtinin təsirinə həsr olunub. Alınan zəruri şərtlər Karleman şərti ödənildikdə ikinci növ, ödənilmədikdə isə birinci növ Fredholm tipli inteqral tənliyə gətirilir.

05.11.2012

Mövzu: Qeyri-xətti evolyusion Şredinger tənliyinin həllərinin öz-özünə kanallaşması.

Мəruzəçi:  f.r.e.n. Nəsibov Şərif

Məruzədə başlanğıc  verilənin və qeyri-xətti həddin üzərinə qoyulan  müəyyən kafi şərtlər daxilində həllin sönməyən və dağılmayan olması tədqiq olunur.

16.10.2012

Mövzu: Bass münasibəti əsasında birtərəfli kvadratik matris tənliyinin həlli alqoritmi

Мəruzəçi:  Akademik Fikrət Əliyev

09.10.2012

Mövzu: İnteqral kvadratik kriteriyalı xətti parabolik tənliklər üçün optimal idarəetmə məsələləri

Мəruzəçi:  Prof. Həsənov K.K.

25.09.2012

Mövzu: İmpuls təsirli kəsr tərtib törəməli sistemlərin həllinin varlığı və yeganəliyi.

Мəruzəçi:  f.-r.e.n. Y.Ə.Şərifov

11.09.2012

Mövzu: Diskret - kəsilməz təsadüfi kəmiyyətlərin təsadüfi çoxluq üzrə dekompozisiyası.

Мəruzəçi:  Natali Lukyanova (Sibir Federal Universitetinin Fundamental Təhsil Institutu, Krasnoyars, Rusiya)

10.07.2012

Mövzu: Bir idarəetmə məsələsinə qradientin proyeksiyası metodunun tətbiqi

Мəruzəçi:  f.r.e.n. Axundov Hikmət

03.07.2012

Mövzu: Qeyri-xətti makro iqtisadi sistemlərin inkişafinin xüsusiyyətləri.

Мəruzəçi: Prof. Tağıyev Murad Ramiz oğlu

Məqalə kimya, biologiyada kumulyativ prosesin modelləşdirilmısinə, həmcini loqistik modellərin iqtisadiyyada təsbiqinə həsr olunmuşdur. Məqalədə dinamik sistemləri təsvir edən loqistik qeyri-xətti diferensial tənliklərin həlli metodu təklif olunmuşdır. Xarici müdaxiləyə məruz qalmayan qapalı mühitdə baş verən dayanıglı prossesləri təsvir edən iqtisadi sistemlərin klassik analiz metodları müasir iqtisadiyyatda baş verən qeyri-xətti mürəkkəb prosessləri öyrənmək olunmur.  Xətti modellərə qoyulan məhdudiyyət şərtləri global iqtisadi sistemlərlə konkret igtisadiyyat arasındaki qarşılıqlı əlaqəni təsvir eləməyə imkan vermir. Bununla əlaqədar son illər iqtisadi sistemləri ümumiyyətlə qeyri reqular dinamik sistemlərə aid edirlər.

19.06.2012

Bakı Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının və Tətbiqi Riyaziyyat ET İnstitutunun birgə seminarında İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının əyani doktorantı Qasemi Həbəşi Yaşar Abbas oğlunun 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə «Neyron şəbəkələri və onların dəyişən formanın tanınması  və proqnozlaşdırılması məsələlərinin həllınə tətbiqi» mövzusunda təqdim etdiyi dissertasiyanın müzakirəsi keçirildi.

12.06.2012

Mövzu: PRİZMATİK ÇUBUĞUN BURULMASI İLƏ BAĞLI BƏZİ  OPTİMALLAŞDIRMA MƏSƏLƏLƏRİ

Mərüzəçi: f.r.e.n. A.A.Niftiyev


İşdə prizmatik çubuğun burulmaya qarşı sərtliyinin optimallaşdırılması məsələsinə baxılır. Məqsəd çubuğun en kəsiyini elə seçməkdən ibarətdir ki, sərtliyi xaraktrizə edən funksional maksimal qiymət almış olsun. Bu məsələni həll etmək üçün əvvəlcə sərtlk üçün məlum klassik düsturdan fərqli yeni ifadə alınır. Bundan istifadə edərək, optimal oblastı xarakterizə edən müxtəlif şərtlər tapılır.

05.06.2012-cu il tarixdə İnstitutun növbəti seminarı keçirildi.

Mövzu: Elliptik tip kəsilən əmsallı operator-diferensial tənliklərin sərhəd məsələsinin həll olunması haqqında

Mərüzəçi: Prof. S.S. Mirzəyev


Sərhəd şərtinə operator daxil olduqda ikitərtibli kəsilən əmsallı operator-diferensial tənliklər üçün  bəzi  başlanğıc  sərhəd şərtlərinin həll olunması şərtləri tapılıb.

22.05.2012

Mövzu: Puasson tənliyi üçün Koşi-Dirixle məsələsinin həllinə  optimallaşdırma metodlarının tətbiqi

Mərüzəçi: Prof. H. Quliyev, f.r.e.d. Y. Qasımov


Məruzədə Puasson tənliyi üçün korrekt olmayan Koşi-Dirixle məsələsinə baxılır. Məsələ optimal idarəetmə məsələsinə gətirilir və requlyarlaşdırılır. Alınmış məsələ optimallaşdırma üsulları ilə həll edilir.

15.05.2012

Mövzu: Paralel alqoritmlərin mahiyyəti, müasir problemləri və onların riyazi məsələlərin həllində istifadə hallarının analizi

Mərüzəçi:Haşemi Mehrdad Mircəlal oğlu


Seminar paralel hesablamaların mahiyyəti və onların tətbiqi sahələrinə həsr olunmuşdur. Burada proqramların paralelləşdirilməsi, paralel alqoritmlər və müxtəlif riyazi məsələlərdə onlardan necə faydalanmaq məsələsi müzakirə edilmişdir. Həmçinin paralel alqoritmlərin yaradılması üçün mövcud olan texnikalar və bu alqoritmlərin istifadəsi zamanı qarşıya çıxa bilən problemlər də araşdırılmışdır. Sonra ədədi məsələlərdə böyük əhəmiyyətə malik olan xətti tənliklər sistemi, laplas tənliyi və ədədi inteqralın hesablanması kimi məsələlərin paralel alqoritmlər vasitəsi ilə necə həll olunması analiz edilmişdir və paralel alqoritmlərdə tələb olunan çox vacib faktorlardan biri, sinxronlaşdırılmış paralellik və onun təmini üçün mövcud mexanizmlər araşdırılmışdır.

08.05.2012

Mövzu: Markov zəncirləri üçün qeyri-xətti sərhəd məsələləri

Mərüzəçi: f.r.e.d. Rəhimov F.H.


Məruzədə Markov zəncirinin birinci dəfə qeyri-xətti sərhədli kəsmə anı üçün inteqral limit teoremləri haqqında məlumat verilir. Bu teoremlərin isbatında ümumi Markov zəncirləri üçün isbat edilmiş yeni limit teoremlərindən istifadə edilmişdir.

01.05.2012

Mövzu: Gəminin suya buraxılması zamanı dalğaəmələgəlmə və yayılma prosesinin modelləşdirilməsi

Mərüzəçi: Paşayev Ə.B., Səbziyev E.N.


Sahildə yarmqapalı hövzədə tikilən gəminin suya salınması zamanı əmələ gələn dalğaların ətraf sahilə təsirinin qiymətləndirilmə məsələsi ilə bağlı prosesin riyazi modeli qurulmuş və ədədi üsulla tədqiq olunmuşdur.

27.04.2012-cu il tarixdə İnstitutun və BDU -nun "İnformasiya texnologiyaları  və proqramlaşdırma" kafedrasının birgə genişləndirilmiş seminarında BDU Tətbiqi Riyaziyyat İnstitutunun "Məlumat-hesablama sistemləri" şöbəsinin müdiri Mütəllimov Mütəllim Mirzəəhməd oğlunun (05.13.18-riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri) "Mexaniki sistemlər üçün optimallaşdırma və diaqnostika məsələlərinin həllinin ədədi-analitik üsulları və hesablama alqoritmləri" mövzusunda texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müzakirəsi  keçirildi.

17.04.2012

Mövzu: Mayenin natamam quyuya süzülmə prosesinin riyazi modelləşdirilməsi

Məruzəçi: f.r.e.n. Babanlı Vahid

Sürüşgənliyə malik reoloji məsaməli mühitdə bircins özlü mayenin (neftin) natamam quyuya süzülməsi prosesi araşdırılaraq riyazi modeli verilir. Uyğun riyazi məsələnin qoyuluşu araşdırılır və həll üsulları göstərilir.

10.04.2012

Mövzu: Qaz-lift quyularında optimal tənzimləyicinin qurulması üçün asımptotik üsul

Məruzəçi: Əsgərov İdrak

Qaz-lift prosesi üçün qoyulmuş optimal idarəetmə məsələsinin asimptotik üsulla həlli zamanı tapılmış proqram trayektoriyaya və idarəetməyə uyğun stabilləşdirmə məsələsinə baxılır. Bu zaman optimal tənzimləyicinin qurulması üçün alınan uyğun cəbri Rikkati tənliyinin həlli kiçik parametrdən asılı axtarılaraq uyğun Lyapunov tənliklərinin həlləri ilə ifadə olunur. Sonda nəticələr misallarla şərh olunmuşdur.

03.04.2012-cu il tarixdə İnstitutun növbəti seminarinda  Həcər Cavid qızı Əfəndiyevanın riyaziyyat  üzrə fəlsəfə  doktoru (05.13.18-riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri) alimlik dərəcəsi almaq üçün  təqdim etdiyi “Ehtiyatlardan səmərəli istifadə modelləri və onların tədqiqi” dissertasiya işinin ilkin müzakirəsi keçirildi.

28.03.2012-cu il tarixdə İnstitutun növbəti seminarinda  Murad Həsən oğlu  İmanovun riyaziyyat  üzrə elmlər doktoru (01.01.09-“diskret riyaziyyat və riyazi kibernetika) alimlik dərəcəsi almaq üçün  təqdim etdiyi “Faza məhdudiyyətli optimal idarəetmə məsələlərinin requlyar həllərinin  oxşar həllər üsulu ilə tədqiqi” dissertasiya işinin ilkin müzakirəsi keçirildi.

13.03.2012

Mövzu: Qazlift prosesində optimal rejimlərin seçilməsi məsələsinin  mini-max həlli

Məruzəçi: Akademik Fikrət Əliyev

06.03.2012

Mövzu: Mürəkkəb şəraitdə ştanqlı quyu nasosu ilə istismar olunan quyuların effektliyinin artırılması

Məruzəçi: “Neftqazelmitədqiqatlayihə” İnstitunun əməkdaşı Mustafayev Ş.İ.


Mürəkkəb şəraitdə dərinlik nasosları ilə istismar olunan quyuların iş rejimləri yaxşılaşdırılmış, optimallaşdırılmış və analatik ifadələr alınmışdır. Pilləli ştanq kəmərinin n saylı pilləsinin qorxulu kəsiyi üçün ümumiləşdirilmiş düsturun analitik ifadəsi verilmişdir. Quyuların istismarı zamanı ştanq qırılması və açılması mədən məlumatlarına əsasən tədqiq edilmişdir. Maye qarışığının özlülüyünün sulaşma faizindən asılı olaraq qiyməti təyin edilmişdir. Qaz hasilatını tənzimləməklə nasosun f.i.ə. artılması tədqiq edilmişdir. Dərin quyuların istismarına imkan verən “Hidrosilindirli” və ştanq kəmərində “çevirici mexanizmdən” ibarət yeni konstruksiyalı nasosların işlənməsinə baxılmışdır. Geriyə maye sızmasının qarşısını alan klapanları məcburi oturdulan yeni konstruksiyalı dərinlik nasosu, boruarxası qazın götürülməsi üçün yürüstü avadanlıq (BQYA) işlənmişdir. Nasosun silindr-plunjer cütlüyündən geriyə axmanın qarşısını alan nasos işlənmişdir.

28.02.2012

Mövzu: Qeyri-lokal şərtlərlə verilmiş sərhəd məsələlərinin ədədi həll üsulları və onlarla  bağlı məsələlərin həllinə tətbiqi

Məruzəçi: f.-r.e.n.  V. Abdullayev

İş qeyri-lokal şərtlərlə verilmiş sərhəd məsələlərinin ədədi həll üsulları və onlarla  əlaqəli  bəzi tərs və optimal idarəetmə məsələlərinin ədədi həllinin tətbiqinə həsr olunmuşdur.  Çoxnöqtəli ayrılmamış nöqtəvi və inteqral şərt­lərlə verilmiş adi diferensial tənliklər sistemi üçün ədədi həll üsulu təklif olunmuş və təklif olunan üsulun xüsusi törəməli tənliklərə nəzərən sərhəd məsələlərinin həllinə tətbiqi verilmişdir. Çoxnöqtəli ayrılmamış nöqtəvi və inteqral şərt­lərlə verilmiş optimal idarəetmə məsələsi tədqiq olunmuş, optimallıq üçün zəruri şərtlər alınmışdır. Məsələnin ədədi həlli üçün işdə alınmış funksionalın qradiyentinin düsturundan və təklif olunan yanaşmadan istifadə etməklə birinci tərtib optimallaşdırma üsulu tətbiq olunmuşdur.  Həmçinin  çoxnöqtəli ayrılmamış nöqtəvi və inteqral şərt­lərlə verilmiş yüklənmiş  diferensial tənliklərə  nəzərən sərhəd və optimallaşdırma məsələlərinə baxılmışdır. Parabolik və hiperbolik tip tənliklərlə nəzərən qeyri-lokal (inteqral) şərtli məsələlər illə əlaqəli olan bir sinif tərs məsələlərin ədədi həlli tədqiq olunmuşdur.  Baxılan  tərs məsələlərinin yanaşma təklif olunmuşdur. Ədədi eksperimentlər aparılmış və alınan nəticələrin təhlili aparılmışdır.

21.02.2012

Mövzu: Ehtiyatlardan səmərəli istifadə modelləri və onların tədqiqi

Məruzəçi: Əfəndiyeva H.C.

27.12.2011

Mövzu:  2012-ci il uçun iş planının müzakirəsi

İnstitutun "Sistemli analizin riyazi məsələləri", "Tərs məsələlər və qeyri-xətti tənliklər" və  "İqtisadi sistemlərin riyazi modelləşdirilməsi" şöbələrinin iş planı müzakirə edildi. 2012 ci ilin  iş planı təsdiq edildi.

13.12.2011

Mövzu:  Qazliftin optimal rejiminin seçilməsi məsələsinin  minimaks həlli

Qazliftin optimal rejimlərinin müəyyən edilməsi üçün minimaks məsələsinə baxılır və onun həlli uyğun Eyler-Loqranj tənliyi üçün ikinöqtəli sərhəd məsələsinin həllinə gətirilir. Nəticələri praktikadan məlum  olan nəticələrlə üst-üstə  düşdüyünü təsdiq edən ədədi həll nümunəsi verilir. Qradiyent üsulu vasitəsi ilə bir qeyri-xətti optimal idarəetmə məsələsi həll olunur, harada ki, həllin kifayət qədər dəqiqliklə tapıldığı konkret misalla şərh edilir.

Məruzəci: Akademik Fikrət Əliyev

06.12.2011

Mövzu: Spektral xətlərin profillərinin asimmetriya parametrlərinin hesablanmasınınriyazi modeli.

Məruzəci: Professor Guluzadə C.M.

22.11.2011

Mövzu: “FL münasibətlər əsasında tanınma sisteminin quruluşu və təhlili”

Məruzəci: AMEA-nın Kibernetika İnstitutunun dissertantı Rzayeva Ülviyyə
Dissertasiya işində təbii dil əsasında tanıma üsulu təqdim edilib ki, bu üsul vasitəsilə FLB-də lingvistik sintaqmaların  xüsusi sinfi müəyyən  olunur. İşdə informativ  əlamətlərin birləşməsinin modelləşdirilməsi metodu  təqdim olunub.

25.10.2011

Mövzu: “Qeyri-səlis altçoxluq haqqında”

Məruzəci:  prof. Sadıqov Misrəddin
Məruzədə qeyri-səlis altçoxluqlar haqqında məlumat verildi.

18.10.2011

Mövzu: “Xətti kvadratik qeyri-səlis optimal idarəetmə məsələləri və onların həll alqoritmləri”

Məruzəci: Poor Manoochehri Maryam

05.02.2011

Mövzu:  Многомерная задача идентификации в линейном стационарном случае.

Məruzəci:  f.r.e.n.  N. İsmayılov

08.02.2011

Mövzu:  Suxurların reoloji xassələrini nəzərə almaqla neft yataqlarının riyazi modelləşdirilməsi.

Məruzəci:  f.r.e.n.  Babanlı Vahid

11.01.2011

Mövzu:  Sonsuz yarımintervalda Fazzi sistemlər üçün optimal sintez məsələsi.

Məruzəci:  akademik F.Əliyev, f.r.e.d. A. Niftiyev

30.11.2010

Mövzu:  Oblastın bir hissəsində müntəzəm cırlaşan ikinci tərtib elliptik tənliklər üçün Dirixle məsələsi və həllin Hölder kəsilməzliyi.

Məruzəci:  f.r.e.n. Hüseynov S.

19.10.2010

Mövzu:  Diferensial  tənliklərin Neyron şəbəkələrin köməyi ilə həlli.

Məqalədə müxtəlif tipli diferensial tənliklərin həllinə neyron şəbəkələrin tətbiqi baxılır. Əvvəlcə çox nöqtəli sərhəd məsələlərində adi diferensial tənliklərin həlli üçün algoritm təklif edirik. Sonra bu ideya xüsüsi törəməli diferensial tənliklərin həllinə tətbiq olunur.

Məruzəci:  Kambiz Məcidzadə

11.05.2010

Mövzu:  Internet mağaza üçün mənfəətin maksimallaşdırılmasının iqtisadi riyazi modeli

Məruzəci:  f.r.e.n. Reyhan Şıxlinskaya

Təqdim olunmuş işdə qeyri-səlis məntiqi çıxarılış qaydalarından istifadə etməklə Internet mağaza üçün mənfəətin maksimallaşdırılmasının iqtisadi riyazi modeli qurulmuşdir.

27.04.2010-cu il tarixdə İnstitutun növbəti seminari keçirildi.

Mövzu:  Qeyri-xətti diferensial tənliklərin əmsallarının identifikasiyasına bir yanaşma haqqında.

Məruzəci:  prof. Kamil Aydazadə.

06.04.2010

Mövzu:  Ərzaq təhlükəsizliyinin təmin edilməsində istehsalın optimallaşdırılması problemləri

Məruzəci:  Şəfizadə E.R.

30.03.2010

Mövzu:  Qazlift prosesinin proqram trayektoriya   idarəedicisinin  qurulması üçün ikiölçülü  məsələnin  həlli alqoritmi.

Məruzəci:  f.r.e.n. Mütəllimov M.M.

16.03.2010

Mövzu:  Qazlift üsulu ilə neftçıxarmanın optimal stabilləşdirmə məsələsinin həlli alqoritmi.

Məruzəci:  f.r.e.n. Vəliyeva N.İ.