Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Xəbərlər

İnstitutun növbəti uğuru
15/05/2019

 

Institutun "Riyazi Modelləşdirmə və Avtomatlaşdırılmış Sistemlər" şöbəsinin müdiri f.r.e.d., professor Arazov Həsənbəy "American Journal of Physics and Applications" jurnalının redaksiya heyətinin üzvü seçilib.

 

| Ətraflı


Tətbiqi Riyaziyyat ETİ-nin əməkdaşları Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etdilər
27/04/2019

 

Tətbiqi Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev, elmi katib Nərgiz Səfərova, böyük elmi işçi Qəmər Məmmədova 27-30 aprel 2019 il tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində keçirilən “İnternational Conference on Mathematical and Related Sciences”  Beynəlxalq Konfransında iştirak etmək üçün Türkiyədə ezamiyyətdə oldular.

Fiktət Əliyev dəvətli məruzəçi kimi konfransda məruzə etdi. Nərgiz Səfərova, Qəmər Məmmədova da konfransda  məruzə ilə çıxış etdilər.

 

 

| Ətraflı


COIA-2018 beynəlxalq konfransının əsərləri “Clarivate Analytics”-in səhifəsində
19/04/2019

 

Bu gün “Clarivate Analytics”-in (keçmiş “Thomson Reuters” agentliyinin) səhifəsində Azərbaycan Respublikasında  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə və Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun (BDU) təşkilatçılığı ilə 11-13 İyul 2018-il tarixində Bakıda keçirilən  “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2018) VI Beynəlxalq konfransının əsərləri yerləşdirilmişdir.

Konfransın fəxri sədri NRYT Naziri, cənab Ramin Quluzadədir.  Əsərlərin baş redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın Illinois Universitetinin professoru Tamer Başardır.

Qeyd edək ki,  kitabda məqalələrin ümumi sayı 220, onlardan 141-i azərbaycan alimlərinin,  73-ü BDU-nun, o cümlədən 20-si Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun  alimlərinin əsərləridir (bu nəticələr Azərbaycanı böyük fərqlə Qafqaz ölkələri arasında birinci etdi).



| Ətraflı


Akademik Fikrət Əliyev AMEA-da məruzə ilə çıxış etmişdir
04/04/2019

 

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev AMEA-da “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” məruzə ilə cıxış etdi. O, Azərbaycanda elmi jurnallarının “Clarivate Analytics”–in genişlənmiş siyahısına daxil olmasının yollarından danışdı.

| Ətraflı


akademik Fikrət Əliyev AMMODİT Beynəlxalq Konfransında iştirak etmək üçün Ukraynada ezamiyyətdə olmuşdur
01/04/2019

 

BDU Tətbiqi Riyaziyyat ET İnstitutunun direktoru, akademik Fikrət Əliyev mart ayının 18-də Ukrayna EA Riyaziyyat İnstitutunda AMMODİT (Approximation Methods for Molecular Modelling and Diagnosis Tools) konfransının açılışı olub. Bir çox Avropa ölkələrindən (Almaniya, Çexeya, Belarusiya və s.) 55 nəfər tanınmış alim konfransın işində iştirak edirdi. Fikrət Əliyev diskusyada İnstitutda aparılan uyğun tədqiqat işləri haqda 20 dəqiqəlik məruzə ilə  çıxış etmişdir. Uyğun nəticələr haqda Almaniyalı  alim prof. C. Trunk ilə iş birliyi qurmaq üçün  müzakirələr aparmışdır.

 

 

| Ətraflı


Beynəlxalq Konfransda iştirak
18/03/2019

 

18-22 mart 2019-cu il tarixlərində Ukraynanın Kiyev şəhərində Final AMMODIT Conference "Mathematics for Life Sciences"  Beynəlxalq Konfransı keçirilir.

Tətbiqi Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev Konfransda iştirak etmək üçün  Kiyevə ezam olunub.

| Ətraflı


Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda istehsalat təcrübə keçirlər
04/03/2019

 

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin və Azərbaycan Kooperasiya Universitetinin  tələbələri Tətbiqi Riyaziyyat Elmi Tədqiqat  İnstitutunda istehsalat təcrübəsi keçirlər.

| Ətraflı


Akademik Fikrət Əliyev AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda məruzə ilə çıxış etmişdir
25/02/2019

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” məruzə ilə cıxış etdi. O, Azərbaycanda elmi jurnalların “Clarivate Analytics”–in genişlənmiş siyahısına daxil olması yollarından danışdı.

 



| Ətraflı


f.-r.e.d. Arazov Həsənbəy beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib
30/01/2019

 

İnstitutun Riyazi Modelləşdirmə və Avromatlaşdırılmış Sistemlər  şöbəsinin müdiri,  f.-r.e.d. Arazov Həsənbəy Amerikada nəşr olunan “American Journal of Physics and Applications” beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib.

 

 

| Ətraflı


AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
16/01/2019

Yanvarın 16-da Fizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd etdi ki, əsas məsələ FRTE bölməsinin 2018-ci il üçün yekun hesabatıdır.

"Ötən il AMEA-nın institutları və müxtəlif elmi-tədqiqat müəssisələri üçün bir sıra nailiyyətlərlə yadda qalıb" - deyə bildirən A. Əlizadə akademiyanın müxtəlif institutlarında fundamental elm istiqamətində tətbiqi tədqiqatların aparıldığını, innovasiya elminin inkişafında mühüm nəticələrin əldə olunduğunu bildirib. (bax http://www.science.az)

Sonra 2018-ci il üçün mühüm nəticələr  Rəyasət Heyətində müəlliflər tərəfindən təqdim olundu. BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun mühüm nəticəsini “Sabit matris əmsalı kəsr törəməli adi xətti diferensial  tənliklər sisteminin analitik həllinin qurulması üsulu”   akademik Fikrət Əliyev təqdim etdi.

| Ətraflı


AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclası keçirilib
26/12/2018

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun cari il üzrə hesabatını qurumun direktoru, akademik Fikrət Əliyev təqdim edib.

F.Əliyev bildirib ki, hesabat dövründə əməkdaşlar tərəfindən respublikada 13, xarici jurnallarda 49 məqalə (bunlardan 7-si İmpakt Faktorlu jurnalda, 8-si isə CA agentliyinin genishləndirilmiş siyahısında), regional (respublika) konfransda 2, beynəıxalq (xarici) konfransda isə 9 tezis nəşr etdirilmiş, 1 beynəlxalq qrant, 3 respublika daxili qrant, 2 BDU-nun “50+50” daxili qrant  layihələri, “Azneft”  İstehsalat Birliyi ilə  1 müqavilə  yerinə yetirilmişdir. Bundan başqa İnstitutdan  AMEA-nın mühüm nəticələrinə 1 iş təqdim olunmuş, AMEA-nın illik hesabatına 1 iş daxil olmuşdur. Hesabat ilində TR ETİ-nun topladığı bal 4496-dır.

| Ətraflı


Professor Nihan Əliyevin 80 illik yubileyi qeyd edilib
25/12/2018

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunda bu müəssisənin aparıcı elmi işçisi, professor Nihan Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdə Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev alimin keçdiyi ömür yolundan, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb. O, riyaziyyat elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr vermiş Nihan Əliyevin yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xüsusi xidmətlərindən bəhs edib. Professor Nihan Əliyevin son illlərdə apardığı elmi tədqiqat  işləri, əldə etdiyi nailiyyətlərdən danışan Fikrət Əliyev bildirib ki, onun əsas tədqiqat sahəsi adi diferensial tənliklər, xüsusi törəməli tənliklər, ədədi üsullar və elementar riyaziyyatdır.

| Ətraflı


”Applied and Computational Mathematics” jurnalı “Web of Science Awards 2018” mükafatına layiq görülüb
05/12/2018

Dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə təhsil naziri Ceyhun Bayramov, “Clarivate Analytics” şirkətinin Konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss və bir sıra alimlər iştirak edirdilər. Tədbirdə Tətbiqi Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev də iştirak edib.

 

 

| Ətraflı


Tətbiqi Riyaziyyat ETİ-nin 2018 -ci il üçün illik hesabatı keçirilib
04/12/2018

04.12.2018- ci il tarixində  institutun 2018-ci il üçün illik hesabatı keçirildi. Elmi hesabatların müzakirəsi üçün yaradılmış komissiyanın üzvləri prof. V.M. Salmanov (sədr), prof. N.Imamverdiyev, prof. O.H. Əkbərov, prof. X.D. Abdullayev və dos F. Mirzəyev hesabatda iştirak etdilər.

İnstitutun direktoru, akademik F.Ə. Əliyev Institutun illik hesabatını təqdim etmək üçün sözu  institutun informatika üzrə direktor müavini, dos. N.I. Vəliyevaya verdi.

 

| Ətraflı


Akademik Fikrət Əliyev Tarix İnstitutunda məruzə edib
19/11/2018

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun geniş tərkibli Elmi Şurasının iclasında “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” adlı məruzə ilə çıxış edib.

 

| Ətraflı


Qazaxıstanlı tələbələr Tətbiqi-Riyaziyyat ETİ-da təcrübədə olublar
15/11/2018

Qazaxıstanın L.Qumilyov adına Milli Avrasiya Universitetinin magistrantları 2018-ci il noyabr ayının 05-dən 15-dək Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat  İnstitutunda elmi təcrübə mübadiləsi keçirmişlər.

Təcrübə proqramına İnstitutun fəaliyyəti ilə tanışlıq, Universitetin kitabxanasında dissertasiya mövzusuna  dair materialların toplanması daxildir. Magistrlər İnstitutun illik hesabatında iştirak etdilər. Onlar  İnstitutda çap olunan beynəlxalq elmi jurnalların fəaliyyəti ilə  tanış oldular. 15 noyabr  tarixində İnstitutun direktoru akademik Fikrət Əliyev magistrlərə sertifikatları təqdim etdi və onlara gələcək işlərində uğurlar arzuladı. O, bildirdi ki, əgər onlar arzu edərlərsə gələcəkdə elmi işlərini bizim İnstitutda davam etdirə bilərlər.
Sonda tələbələr onlara göstərilən qayğı və diqqətə görə institutun direktoruna və kollektivinə öz minnətdarlıqlarını bildirdilər.

| Ətraflı


Tətbiqi Riyaziyyat ETİ-nin qonaqları
23/10/2018

Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi işlər üzrə direktor müavini, b.f.d. Ələmdar Məmmədov, Rusiya Elmlər Akademiyasının  Bitki Fiziologiya İnstitutunun İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri Süleyman Allahverdiyev Tətbiqi Riyaziyyat ETİ-nin qonağı olmuşlar.

 

| Ətraflı


Dünya alimləri Bakıya toplaşıb - COIA 2018
13/07/2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Park Inn Oteldə “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” VI Beynəlxalq konfransının (COIA-2018) acılışı keçirildi. Artıq ənənə halını almış bu konfrans Bakıda üçüncü dəfədir ki, təşkil olunur.

 

| Ətraflı


Təbriklər
30/06/2018

 

“Applied and Computational Mathematics” jurnalının təsir əmsalının  1.333-dən  2.365-ə yüksəlməsi ilə bağlı təbriklər daxil olmuşdur.

- - - - - - - - - - - - - - - - - -

Dear members of Editorial Board!
Congratulations! It is big success!
New achievements for AC&M!

Best Regards,
Sergiy  Pogorilyy    (Kiev, Ukraine)

- - - - - - - - - - - -

Dear Prof Dr. Fikret Aliev,
Heartiest and sincere congratulation on outstanding achievement.
All credit goes to  your excellent contributions and Editorial staff.

With warm and best wishes
Aslam Noor
( Islamabad, Pakistan)

- - - - - - - - - - - - -

Dear Professor Aliev,
Thanks a lot for this great news! This is agreat success and the entire scientific
community should greatly appreciate your efforts. Please be sure  that you can always count on me,
and us, the memebers of the Editorial  Board  I think that I can say this on behalf of all of us.

Warm wishes JAnusz (Warsaw, Poland)


| Ətraflı


“Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb
29/06/2018



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nun elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb

“Clarivate  Analytics” (əvvəllər “Thomson Reuters”)  Agentliyinin 2017-ci il üçün illik hesabatı açıqlanıb. Bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt faktorlarının dinamikası haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 1.333-dən qalxaraq 2.365-ə bərabər olub.

Jurnalın həmbaş redaktoru akademik Fikrət Əliyev  bildirib ki, Azərbaycan Respublikası Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə  Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda  dərc  olunan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin genişləndirilmiş siyahısında yer alıb.

Qeyd edək ki, jurnal dünyada bu siyahıda yer alan 252 nəşrdən 19-cu yerdə qərar tutub.  Jurnalın bu günədək 41 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 40-dan cox ölkəsini təmsil edən müəlliflərin 450-dək məqaləsi dərc olunub.

Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif  sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir.  Nəşr olunduğu 16 il ərzində jurnal 45 ölkədən 200-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.

Azərbaycan Elmi ictimaiyyətini bu uğur münasibətilə təbrik edirik.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |