Home AZ EN RU
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Xəbərlər

ACM jurnalının yeni saytı
25/01/2012

1 yanvar 2012-ci ildən “Applied and Computational Mathematics” beynəlxalq jurnalının yeni Web səhifəsi aktivdir. Xahiş edirik, məqalələrinizi www.acmij.az saytına daxil olub “Submit Online” sistemindən istifadə edərək təqdim edin.

| Ətraflı


Elmi seminar
18/01/2012

18.01.2011 tarixdə İnstitutda “Quyuların qazlift üsulu ilə istismarı zamanı meydana çıxan  bir riyazi modelin tətbiqi” mövzusunda elmi seminar keçirildi. Seminarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitunun   əməkdaşları iştirak etdilər.

| Ətraflı


Hesabat -2011
02/12/2011

29.11.2011 tarixdə  İnstitutun seminarını keçirildi. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun illik hesabatını təqdim etmək üçün İnstitutun direktor  müavini f.r.e.n. N.İ. Vəliyevaya söz verdi.  Nailə Vəliyeva 2011-cu ildə İnstitutda görülən işlər haqqında  ətraflı məlumat verdi. Alınan uğurlu nəticələri qeyd etdi. İnstitut əməkdaşları çıxış edərək öz təkliflərini bildirdilər. Elmi Şura üzvlərinin səsverməsi ilə hesabat qənaətbəxş hesab olundu.

| Ətraflı


Professor Tamer Bəşər Tətbiqi Riyaziyyat Institutunda
23/11/2011

ABŞ-ın İllinoys Universitetinin professoru, Applied and Computational Mathematics jurnalının fəxri redaktoru Tamer Bəşər Bakıya gəlmişdir. Professor Tamer Bəşər Tətbiqi Riyaziyyat ETİ-də olmuş, Institutun direktoru Akademik Fikrət Əliyevlə“Applied and Computational Mathematics” jurnalının redaksiya üzvləri ilə görüşmuşdür.

| Ətraflı


COIA-2011
12/09/2011

Avqust ayının 21-24 tarixində Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Bilkənd Universitetində “Optimallaşma, idarəetmə və sənaye tətbiqləri” elmi konfransında iştirak etmişdir.

Nümayəndə heyətinin tərkibində BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev də olmuşdur.


| Ətraflı


Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi
07/07/2011

İyulun 1-dən 3-dək Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Konqresi keçirildi.

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın 20 ölkəsindən gələn alimlər iştirak etmişlər.

| Ətraflı


TDRC Təşkilat Komitəsinin iclası
07/04/2011

6 aprel 2011-ci il tarixində BDU Tətbiqi Riyaziyyat İnstitunda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Konqresinin Təşkilat Komitəsinin, Proqram Komitəsi və “TWMS Pure and Applied Mathematics” jurnalinin  redaksiya heyətinin birgə iclası kecirilmişdir. Iclasda TDRC-nin IV konqresinin təşkilat işləri ilə bağlı məsələlər müzakirə edilmişdir.

| Ətraflı


Azərbaycan alimləri Qazaxıstanda
11/03/2011

Qazaxıstanın Almatı şəhərində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) idarə heyətinin iclası keçirilmişdir.  Qazaxıstan, Türkiyə, Qırğızıstan, Türkmənistan, Özbəkistan nümayəndələrinin təmsil olunduğu tədbirdə Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, akademik Fikrət Əliyev və TRETİ-nin şöbə müdiri, TDRC idarə heyətinin üzvü Yusif Qasımov iştirak etmişlər.

| Ətraflı


Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri
09/03/2011

Akademik F.Ə.Əliyev və f.r.e.n.  Ş.S.Ağayevin müəllifləri olduğu “Azərbaycanda  elmin  problemləri və  inkişaf perspektivləri” adlı kitabi çapdan çıxmışdır.

 

 

 

| Ətraflı


Applied and Computational Mathematics jurnalının xüsusi buraxılışı
03/02/2011

“Applied and Computational Mathematics” jurnalının “Fuzzy Set Theory  and Applications” adlı xüsusi buraxılışı capdan çıxmışdır. Berkli Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Professor L. Zadənin elmi xidmətlərini nəzərə alaraq bu buraxılış onun  90 illik yubileyinə  həsr olunmuşdur.

 

| Ətraflı


AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2010-cu il üçün hesabat iclası keçirildi
29/12/2010

24.12.2010 tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) institutlarının cari il üçün hesabat iclası keçirildi.

Tədbirdə Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat elmi-tədqiqat institutunun illik hesabatını  institutun direktoru, akademik Fikrət Əliyev təqdim etdi.

| Ətraflı


Hesabat
14/12/2010

14.12.2010 tarixdə  İnstitutun seminarını keçirildi. Seminarın sədri Akademik F.Ə. Əliyev İnstitutun illik hesabatını təqdim etmək üçün İnstitutun direktor  müavini f.r.e.n. N.İ. Vəliyevaya söz verdi. Hesabatda BDU-nun Elmi işlər üzrə prorektoru İsmayıl Əliyev və BDU-nun Elmi Tədqiqat Hissəsinin Rəisi İradə Əliyeva iştirak etdilər. Elmi Şura üzvlərinin səsverməsi ilə hesabat qənaətbəxş hesab olundu.

| Ətraflı


MDU-nin professoru Sabir Huseyinzadə ilə görüş
10/12/2010

09.12.10 tarixdə Moskva Dövlət Universitetinin professoru, Moskva Riyaziyyat Cəmiyyəti jurnalının baş redaktoru, Dünya Şöhrətli alim Sabir Hüseyinzadə Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda olmuşdur.

| Ətraflı


Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi
30/10/2010

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin  IV konqresi 1-3 iyul 2011-ci ildə Bakıda keçiriləcək.  İştirak etmək istəyənlər Konqresin saytında qeydiyyatdan keçə bilərlər.

www.twmsc2011.com

| Ətraflı


1 | 2